20 Sentyabr 2018 19:11
866
PARLAMENT
A- A+

Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib


Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov sentyabrın 20-də Hindistan parlamentinin deputatı Kambadahally Hanumappa Muniyappanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycan parlamentinin yaranması tarixi və inkişafı barədə qonaqlara ətraflı məlumat verib. Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bir çox dövlətlərlə, eləcə də Hindistanla yaxşı əlaqələrə malikdir. Əməkdaşlığımız getdikcə daha da inkişaf edir.

Hindistan parlamentinin deputatı Kambadahally Hanumappa Muniyappa Azərbaycan xalqını Cümhuriyyətin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. O, Hindistan parlamentinin tarixi və fəaliyyəti barədə məlumat verib. Qonaq Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu qeyd edib. Deputat deyib ki, Hindistan Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır. İki ölkə arasında bir çox sahələrdə, xüsusilə səhiyyə, enerji və biznes sahələrində yaxşı əməkdaşlıq var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video