20 Sentyabr 2018 14:53
391
CƏMİYYƏT
A- A+

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib


Sentyabrın 20-də Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin komitə sədri Eldar İbrahimov, deputatlar Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev də aksiyaya qoşulublar.

Qanvermə aksiyasından sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində deyib: "Aşura günü İmam Hüseynin (ə) şəhid olduğu və ədalətin bərpa edildiyi gündür. Kərbəla çölündə imam Hüseyn (ə) şəhid olarkən "mənim ölümümdə bir həyat var” deyib. Biz artıq neçə illərdir ki, şəhidlərimizi yad edir və eyni zamanda, qan verməklə həyat veririk. Biz Kərbəla şəhidləri ilə birlikdə həm də torpaqlarımızın azadlığı uğrunda şəhid olan övladlarımızı yad edirik. Bu gün qan verməklə həm də kimlərəsə can veririk. Aşura günündə baş yarmaq, zəncir vurmaq, qan çıxarmaq olmaz. Buna heç İmam Hüseyn özü də razı olmazdı”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müsahibəsində bildirib ki, son illər yaranmış ənənəyə görə ölkə vətəndaşları Aşura günü qanvermə aksiyasında iştirak edirlər. Bu il də həmin ənənəyə uğun olaraq çoxsaylı vətəndaşlar könüllü olaraq həmin aksiyada iştirak edirlər. Aksiyanın çox böyük mənəvi, siyasi və psixoloji əhəmiyyəti var. Artıq bu ənənədən bir çox qonşu ölkələrdə, o cümlədən İran və Türkiyədə də nümunə kimi istifadə edilir. Bu, ümumən bütün dünya, eləcə də İslam dünyası üçün çox yaxşı bir nümunədir.

Aksiyanın digər iştirakçıları qanvermənin əhəmiyyətindən danışıb, bunu xüsusilə də sağlamlıq problemləri olanlar üçün faydalı bir təşəbbüs kimi qiymətləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video