20 Sentyabr 2018 14:47
575
İQTİSADİYYAT
A- A+

Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb


Körpə uşaqlar üçün ən ideal qida ana südüdür. Lakin ana südü ilə tam təmin olunmayan uşaqların əlavə qidalandırılmasına zərurət yaranır. Bu zaman istehlakçılar konservləşdirilmiş uşaq qidalarına üstünlük verirlər.

AZƏRTAC bildirir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) uşaq qidaları ilə bağlı yaydığı maarifləndirici məlumatında deyilir.

Məlumata əsasən, uşaq qidası özündə bütün zəruri qidalandırıcı maddələri, mikroelementləri və vitaminləri cəmləşdirməli, tərkibində süni boyalar, nişasta, sintetik dadlandırıcı maddələr, duz və şəkər, kənar qoxu, dad olmamalı, ekoloji cəhətdən təmiz məhsuldan hazırlanmalı və rəngi tərkibində olan meyvənin rənginə uyğun olmalıdır. Uşaq qidası istehsalında GMO tərkibli və pestisidlərin istifadəsi ilə yetişdirilən xammal və süni rəngləyicilərdən istifadə qadağandır.

Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartların, sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab verməli, texnoloji təlimata və reseptə əsasən müəyyən edilmiş qaydalara əsasən hazırlanmalıdır.

Süni qida məhsullarının üzərində ana südünün üstünlüyü, yalnız həkim məsləhəti ilə istifadəsi, qidanın düzgün hazırlanması və saxlanılması, yararlılıq müddəti, mənşəyi, istehsalçısının adı və ünvanı, enerji dəyəri, tərkibində əsas inqrediyentlərin heyvan və ya bitki mənşəli olması, kimyəvi tərkibi, hazırlanmasında istinad olunan normativ-texniki sənəd və sertifikatlaşdırma barədə qeydlər olmalıdır.

İstehlakçılar uşaq qidası alarkən qablaşdırmanın bütövlüyünə, qidanın hansı yaş qrupu üçün nəzərdə tutulduğuna, istehsal və son istifadə tarixinə və tərkibindəki ‘‘E’’- qida əlavələrinə (ən zərərsiz qida əlavələri soda, sirkə turşusu, pektindir və müvafiq olaraq E-500, E-260, E-440 kimi işarə olunur) diqqət etməlidirlər.

Uşaq qidaları təmiz, quru və digər məhsullardan (kimyəvi tərkibli məhsullar, yuyucu vasitələri, ət və toyuq məhsulları) kənarda, yaxşı havalandırma sistemi olan yerdə, müvafiq temperatur rejimində saxlanılmalıdır. Quru uşaq qidalarını soyuducuda, xüsusən açıq halda saxlamaq olmaz. Belə ki, quru toz halında olan uşaq qidaları nəm çəkir və bu da sonradan onun yararlığına mənfi təsir göstərir.

Qabı zədələnmiş uşaq qidalarının alınması məsləhət görülmür. Uşaq qidası alarkən onun üzərində "uşaq qidası" və "6, 8, 10 və 12 aylıq uşaqlar üçün" kimi qeydlərin olmasına diqqət yetirilməlidir. Bundan əlavə, uşaq qidası kimi istifadə olunan konservlərin tərkibində duz və şəkər qarışığının olmamasına və ekoloji cəhətdən təmiz məhsuldan hazırlandığına xüsusi diqqət etmək lazımdır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video