20 Sentyabr 2018 14:40
910
Elm və texnika
A- A+

Rəfiqə Əliyeva ömrü boyu yorulmaz fəaliyyəti ilə Azərbaycan elminə və təhsilinə böyük töhfələr verib


Sentyabrın 20-də görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universitetinin (BDU) ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, "Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın anadan olmasının 86-cı ildönümü tamam olur.

AZƏRTACxəbər verir ki, bununla əlaqədar BDU-da Rəfiqə Əliyevanın xatirəsi anılıb.

Görkəmli alimin xatirə barelyefi önündə keçirilən tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini universitetdə ixtisaslı kadrların hazırlanmasına sərf etmiş Rəfiqə xanım Əliyevanın bu sahədəki xidmətlərindən söhbət açıb.

Rəfiqə Əliyevanın elmi fəaliyyətindən danışan Abel Məhərrəmov qeyd edib ki, görkəmli alimin araşdırmaları kimyanın vacib istiqamətlərindən olan analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyənləşdirilməsinə həsr edilib. Alimin rəhbərliyi ilə yaradılmış ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasında gənc alimlər onun fəaliyyətinin akademik davamçıları olacaqlar. Görkəmli alimin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdiriləcək.

Alimin qızı, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva bildirib ki, Rəfiqə xanım Əliyeva ömrü boyu yorulmaz fəaliyyəti ilə Azərbaycan elminə və təhsilinə böyük töhfələr verib, kimya sahəsində elmi məktəb yaradıb. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə Əliyevanın yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük uğurlar əldə edirlər.

Tədbirdə tanınmış alim və mütəxəssislər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video