20 Sentyabr 2018 14:31
415
İQTİSADİYYAT
A- A+

Bakıda Beynəlxalq Hədiyyələr və Promo Məhsulları, Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint 2018” sərgiləri keçirilir


Sentyabrın 20-də Bakıda ilk dəfə olaraq "Caspian Event Organisers” şirkətinin və onun tərəfdaşı ITECA Caspian şirkətinin Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları, eləcə də I Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri "AdPrint 2018” sərgilərinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sentyabrın 20-dən 22-dək keçiriləcək sərgidə dünyanın 9 ölkəsindən 26 şirkət iştirak edir.
Sərginin açılış mərasimində çıxış edən "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, sərgidə Azərbaycan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən şirkətlər iştirak edir. İştirakçılar tərəfindən skanerlər, "Flexi Capture” proqram təminatı, informasiya texnologiyaları, ofis avadanlıqları, nəşriyyat-poliqrafiya xidmətləri, istənilən növ avadanlıq və

ləvazimatlar (rəqəmsal çap, tekstil materiallar üzərində çap, genişformatlı çap, "3D” formatlı çap və sair), tekstil avadanlıqları, suvenirlər, "POS” və reklam materialları, eləcə də təşviqat məhsulları, peşəkar çap avadanlıqları (ofset, rəqəmsal, çapa qədər, çapdan sonrakı işləmə üçün avadanlıqlar və sair), istehlak malları və bir sıra digər materiallar təqdim olunur.

"AdPrint” sərgisində iştirak edən yerli şirkətlər isə Türkiyə, Almaniya, İtaliya və Çinin dünyaca məşhur brendlərini təqdim edirlər.
Sərginin biznes proqramı çərçivəsində iştirakçılara işgüzar əlaqələr qurmaq, eləcə də vasitəçilərsiz birbaşa danışıqlar aparmaqla, öz şirkətlərini tanıtmaq üçün unikal imkan yaradan vorkşop keçiriləcək. Bundan əlavə, sərgidə eksponentlər və potensial sifarişçilər arasında heç bir vasitəçi olmadan işgüzar danışıqlar aparmaq və sıx əlaqələr qurmaq üçün "BSB” formatlı görüşlər təşkil ediləcək.

B.Hidayətzadə vurğulayıb ki, ümumilikdə, sərgi son təmayülləri araşdırmaq, eləcə də bu unikal sahədə əldə olunan bütün nailiyyətlər barədə məlumat toplamaq üçün imkan yaradır. "AdPrint” sərgisi reklam və çap məhsulları üzrə ən son texnologiyaların istehsal və satışı ilə məşğul olan, ən orijinal ideyaları təklif edən reklam şirkətlərinin məhsul və xidmətlərini təqdim etmək üçün ideal platformadır.
Qeyd olunub ki, sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi olaraq dəstəklənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video