20 Sentyabr 2018 12:30
614
Elm və texnika
A- A+

Bilik Fondu Xalq Cümhuriyyətinə həsr olunan tədbirlər keçirib


Prezident İlham Əliyevin cari ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı 2018-ci il 10 yanvar tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu paytaxtda və bölgələrdə silsilə maarifləndirici tədbirlərin keçirilməsini davam etdirir.

Fonddan AZƏRTAC-a bildiriblər ki, bu qurumun "Mədəni maarifləndirmə” proqramı çərçivəsində belə tədbirlərdən biri Tərtərdəki Qarabağ Regional Bilik Evində keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov Qarabağ bölgəsində mütəmadi maarifləndirici görüşlər təşkil etdiyinə görə Bilik Fonduna minnətdarlığını bildirib.

Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Cümhuriyyət tariximizin təbliği istiqamətində "Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçirilən tədbirlərdən danışıb.

Tədbirdə ARB "Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan "Cümhuriyyət tələbələri” sənədli filmi nümayiş etdirilib, Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Tahiroviçin "Cümhuriyyət tariximiz kadrlarda” mövzusunda mühazirəsi dinlənilib. Filmin yaradıcı heyəti iştirakçıların suallarını cavablandırıb.

Cümhuriyyətin 100 illiyi ilə bağlı növbəti maarifləndirici tədbir Şəmkir Bilik Evində keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Davud Süleymanov Azərbaycan tarixinin şərəfli səhifəsi olan Cümhuriyyət dövründən danışıb, gəncləri bu dövrü dərindən öyrənməyə çağırıb.

Fondun baş məsləhətçisi Nüşabə Hüseynova "Cümhuriyyət dövrü mətbuatı” mövzusunda mühazirəsində Azərbaycanda ictimai şüurun formalaşmasında, özünüdərkin güclənməsində mətbuatın rolundan ətraflı bəhs edib.

Tədbir çərçivəsində ARB "Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan digər bir ekran əsəri - "Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub. Filmin yaradıcı heyəti ilə iştirakçılar arasında geniş və maraqlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video