20 Sentyabr 2018 12:02
328
DÜNYA
A- A+

Əfqanıstan hökuməti “Taliban”la birbaşa danışıqlar aparmağa hazırdır


Rəsmi Kabil ölkə konstitusiyası çərçivəsində "Taliban” hərəkatı ilə birbaşa danışıqlar aparmağa hazırdır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Prezidentinin MDB ölkələri üzrə xüsusi nümayəndəsi Məhəmməd İbrahim Tamil bildirib.

"Əfqanıstan hökuməti dialoqa, görüşlərə hər zaman hazır olduğunu dəfələrlə bəyan edib. Bu danışıqların Əfqanıstan konstitusiyası çərçivəsində aparılmasından başqa bizim heç bir ilkin şərtimiz yoxdur. Biz "Taliban” hərəkatı ilə istənilən birbaşa dialoqa və görüşə, onların tələbinə qulaq asmağa və bu məsələ ilə bağlı öz fikrimizi bildirməyə hazırıq”, - deyə Tamil vurğulayıb.

Bir qədər əvvəl taliblərin səhra komandiri Şir Ağa hərəkatın vasitəçiləri gözləmədən hökumətlə sülh danışıqları aparılmasına tərəfdar olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video