20 Sentyabr 2018 00:18
639
Təhsil
A- A+

Şəkinin Baş Zəyzid kəndinin şagirdləri dərs ilini yeni məktəb binasında qarşılayıblar


Şəki rayonunun Baş Zəyzid kənd məktəbi üçün inşa edilmiş 624 şagird yerlik yeni bina qapılarını şagirdlərin üzünə açıb. AZƏRTAC xəbər verir ki, 2012-ci ildə bölgədə baş vermiş güclü zəlzələ zamanı qəzalı vəziyyətə düşən bu məktəb indiyədək uyğunlaşdırılmış binalarda fəaliyyət göstərib. Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilən yeni məktəb binasının tikintisinə 2017-ci ilin əvvəlində başlanılıb. Müasir standartlara uyğun inşa olunan üçmərtəbəli binada 25 sinif otağı, 6 fənn kabineti, laboratoriyalar, kompüter otağı, kitabxana, bufet, akt və idman zalları yerləşir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Vurğulanıb ki, bütün bunlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir. Bu diqqət və qayğı Şəkidən də yan keçməyib. Son illər rayonda 30-dan çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsinin dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Vurğulanıb ki, regionlarda, ucqar kəndlərdə müasir standartlara uyğun belə məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir.

Nazir müavini deyib: "Ölkəmizin bütün bölgələrində çox böyük tikinti-quruculuq işləri aparılır. Diqqət yetirsək, elə ay, həftə yoxdur ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva respublikamızın hansısa bir bölgəsində yeni yolların, məktəb binalarının, səhiyyə və mədəniyyət ocaqlarının açılışında iştirak etməsinlər. Məhz onların qayğısı sayəsində son illər ölkəmizdə təhsil sahəsində də çox böyük işlər görülüb. Təkcə son 10 ildə Azərbaycanda 3 mindən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub”.

Təhsilə olan qayğının ölkəmizin gələcək inkişafının təminatı olduğunu vurğulayan Firudin Qurbanov deyib: "Hər bir ölkənin inkişafının təməlində təhsil durur. Ölkənin intellektual potensialının formalaşmasında təhsil strateji əhəmiyyət kəsb edir və çox böyük sərvətdir. Məhz bu baxımdan, ölkəmizdə də təhsil sahəsinə dövlət tərəfindən çox böyük diqqət və qayğı göstərilir”.

Sonra mərasim iştirakçıları yeni binada yaradılan şəraitlə yaxından tanış olublar.

Diqqətə çatdırılıb ki, yeni dərs ilində məktəbdə 600-dən çox şagird təhsil alacaq. Onların 67 nəfəri ilk dəfə məktəb partası arxasında əyləşir. Şagirdlərin təlim-tərbiyəsi ilə 102 müəllim məşğul olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video