20 Sentyabr 2018 00:14
1042
SİYASƏT
A- A+

Qarabağ həqiqətləri 13 dildə dünyaya yayılır


Son illərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, işğalçı Ermənistanla informasiya savaşında üstünlüyün əldə edilməsi istiqamətində mühüm addımlar atılır.

Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq toplantılarda Ermənistanın işğalçı siyasətini dünyaya bəyan edir, Heydər Əliyev Fondu isə ölkəmizə qarşı həyata keçirilən təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırır. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan gerçəklikləri bu gün dünyada yayımlanır, ölkəmizin ictimai, siyasi, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ olunur.

Dövlət başçısı "ən yaxşı müdafiə hücumdur” taktikasını irəli sürəndən sonra müasir texnologiyaların imkanlarından yararlanan yeni nəslin nümayəndələri Azərbaycan reallığını dünyaya yaymağa başladılar. Dağlıq Qarabağın hələ də işğal altında saxlanıldığını, müharibənin iqtisadiyyatımızla yanaşı, milli-mədəni abidələrimizə vurduğu ziyanlar, bir milyondan çox soydaşımızın düşdüyü acınacaqlı durumu, bir sözlə, dünyaya əsl həqiqətlərimizin çatdırılması işində "Qarabağ TV”nin də xidmətləri var.

İnternet televiziyasının təsisçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin sözlərinə görə, kanal fəaliyyətə başladığı gündən əsas hədəfi dünya mediasına Azərbaycan həqiqətlərini və Qarabağın erməni işğalında olması faktını göstərmək, virtual dünyada erməni informasiya müharibəsini neytrallaşdırmaq və daha çox xarici jurnalistlərin TV-nin nümayəndəsi olmasına zəmin yaratmaq idi.

Hazırda Cənubi Amerikada aktiv iş qurduqlarını söyləyən Z.Əliyev deyir ki, Ekvadorda politoloq Vladimir Perez, Venesuela Bolivar Respublikasında Guillermo Miguelena və Kolumbiya Respublikasında jurnaist və iş adamı Omar Salcedo rəsmən "Qarabağ TV”nin nümayəndəsi olaraq fəaliyyətə başlayıblar.

Z.Əliyev bildirdi ki, Avropa və ABŞ-da, Türkiyə, İran və Yaxın Şərq ölkələrində də nümayəndəlik açmaq barədə danışıqlar aparılır: "Qısa müddət ərzində ABŞ-ın, Avropanın, Rusiyanın və Ukraynanın xəbər saytlarında Qarabağ həqiqətləri, Azərbaycana qarşı erməni təcavüzü, Xocalı soyqırımı, BMT-nin Ermənistan tərəfdən icra olunmayan qətnamələri və digər mövzulara dair məqalələrimiz dərc edilib. 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş 1 milyondan çox soydaşımızın səsini, Qarabağ tarixi barədə dünyaya əsl həqiqətləri göstərmək üçün "Qarabağ TV” verilişlər və araşdırma yazıları http://www.karabakh-tv.org/ saytı vasitəsilə 13 dildə dünyaya yayılmaqda davam edir”.

Onun sözlərinə görə, Azərbaycan diasporunun da "Qarabağ TV”yə böyük mənəvi dəstəyi var. Almaniya, Amerika, İsveç, Danimarka, Rusiya, Türkiyə, İsrail, Fransa və digər ölkələrdə yaşayan azərbaycanlılar "Qarabağ TV”nin könüllülləri olaraq fəal işləyirlər: "Biz "Qarabağ TV” olaraq informasiya lobbisi sistemini qurmuşuq və yaxın gələcəkdə artıq dünyanın əksər ölkələrində xarici jurnalistlərdən ibarət lobbimiz yaranacaq. Bu gün google və digər axtarış sistemlərində, "facebook”, "twitter” və digər şəbəkələrdə "Qarabağ TV”nin məlumatları, paylaşımları əl çatan səviyyədədir. "KarabakhTV” haştağı ilə daha çox insanın Qarabağ barədə məlumat əldə etməsinə nail olmaqdayıq. Bizim düşmənimizin özünü güclü sayması zamanı sona çatıb. Hazırda "Qarabağ TV” və komandası, ətrafında olan dostları və diasporumuz vasitəsilə onların informasiya müharibəsi neytrallaşır. Biz dayanmaq niyyətində deyilik və hədəfimiz Şuşadan canlı yayım etmək və qələbə xəbərini dünyaya yaymaqdır” - deyə təsisçi vurğulayıb.


Rəşad BAXŞƏLİYEV

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video