19 Sentyabr 2018 21:31
206
CƏMİYYƏT
A- A+

Misir nümayəndə heyəti Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirib


Sentyabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikası parlamentinin nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə QMİ sədri Azərbaycandakı dini tolerantlıqdan bəhs edib. O bildirib ki, ölkəmizdə müxtəlif dinlərə, məzhəblərə mənsub insanlar hər zaman əmin-amanlıq şəraitində yaşayıb və yaşayır. Bu cür tolerantlıq ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin yaratdığı bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

QMİ sədri Azərbaycan-Misir əlaqələrindən də danışıb. O vurğulayıb ki, ölkəmizin 2017-ci ildə İslam həmrəyliyi ilə bağlı keçirdiyi konfranslarda Misirdən gələn elm və din xadimləri iştirak ediblər.

Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif Azərbaycandakı dini tolerantlığın təqdirəlayiq olduğunu söyləyib. O, bugünkü görüşdə şeyxülislamla birlikdə müxtəlif dini icmaların nümayəndələrinin iştirak etməsinin bu tolerantlığın göstəricisi olduğunu bildirib.

Mahmud Əhməd Şərif rəhbərlik etdiyi Seyidlər Birliyinin fəaliyyəti haqqında məlumat verib.

Birliyin əsas işinin Misirdəki müxtəlif dinlər və millətlər arasında vəhdəti qoruyub saxlamaq olduğunu deyən parlamentin birinci vitse-spikeri qeyd edib ki, görülən işlərin nəticəsində ölkəsində sülh və əmin-amanlıq mövcuddur.

Nümayəndə heyətinin digər üzvləri Azərbaycanda gördükləri səmimiliyə və qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video