19 Sentyabr 2018 17:39
997
PARLAMENT
A- A+

Mahmud Əhməd Şərif: Misir Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır


Sentyabrın 19-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov görüşdə Azərbaycan parlamentinin yaranması tarixi və inkişafı barədə qonağa ətraflı məlumat verib. Bildirib ki,1918-ci ildə yaranmış parlament 120 nümayəndə və 15 siyasi partiyadan ibarət olub.

Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Misirlə yaxşı əlaqələr qurub. 1994-cü ildə ümummilli lider Heydər Əliyev, 2007-ci ildə Prezident İlham Əliyev Misirdə səfərdə olublar. Ölkələrimizin beynəlxalq qurumlarda qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu deyən Ziyafət Əsgərov qeyd edib ki, Misirlə siyasi, iqtisadi, ticari sahələrdə çox yaxşı münasibətimiz mövcuddur.

Misir Ərəb Respublikası Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif Misir parlamenti və xalqı adından Azərbaycan xalqını Cümhuriyyətin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. Misir parlamenti haqqında məlumat verən qonaq qeyd edib ki, Misirin qanunverici orqanında 596 deputat fəaliyyət göstərir.

Qonaq qeyd edib ki, Misir Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır. O bildirib ki, hər iki ölkə kifayət qədər güclü statusa malikdir və əlaqələrimiz bir çox sahələrdə inkişaf edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video