19 Sentyabr 2018 17:35
346
DÜNYA
A- A+

Efiopiyada məcburi köçkünlərin sayı artır

Son altı ay ərzində Efiopiyada etnik münaqişələr üzündən 1,4 milyon nəfər məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu, Suriyadakı analoji göstəricini üstələyir. Daxili Yerdəyişmələrin Monitorinqi Mərkəzindən (İDMC) verilən məlumata görə, yerdəyişmələr Oromiya və Cənub regionlarında, habelə Somali ilə sərhəddə qeydə alınmışdır.

İDMC-nin məlumatında deyilir ki, məcburi köçkünlər çox ağır şəraitdə yaşayırlar.

Etnik münaqişələr ölkənin şərq, cənub və qərb regionlarında hələ də davam edir. Təkcə ötən həftənin axırlarında paytaxtda və ona bitişik rayonlarda baş vermiş zorakılıq nəticəsində 15 min nəfər ev-eşiyini tərk etmək məcburiyyətində qalmışdır.

İDMC-nin məlumatına görə, bu ilin ilk yarısında Suriyada 1,2 milyon nəfər, Konqo Demokratik Respublikasında isə 950 min nəfər məcburi köçkün vəziyyətinə düşmüşdür.

Göstərilən müddətdə 5,2 milyon nəfər öz ölkələrində məcburi köçkün olmuşdur. İDMC-nin siyahısında Efiopiyadan sonrakı yerləri Suriya, Konqo Demokratik Respublikası, Nigeriya və Somali tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video