19 Sentyabr 2018 17:35
370
DÜNYA
A- A+

Moria düşərgəsi - qaçqınlar üçün “Quantanamo”


Yunanıstanın Lesbos adasında yerləşən Moria qaçqın düşərgəsi yaşamaq üçün yararsızdır, sakinlərin səhhəti və ətraf mühit üçün təhlükəlidir. Bu barədə səhiyyə müfəttişlərinin məlumatına istinadən "Euronews” telekanalı xəbər verir.

Yunanıstan hökuməti bütün mümkün normaları üstələyən tullantıların miqdarı, təmirə ehtiyacı olan kanalizasiya sistemi, yaşayış binalarında tam antisanitariya kimi problemləri həll etməsə, düşərgə artıq gələn ay bağlanacaq.

Hüquq-müdafiə təşkilatları çoxdandır həyəcan təbili çalır. Moria düşərgəsi 3200 qaçqın və miqrant üçün nəzərdə tutulmuşdur. Orada isə bundan təxminən üç dəfə çox adam dözülməz şəraitdə yaşayır. Adamlar yemək almaq üçün hər dəfə 3-4 saat növbə gözləyirlər.

Telekanal qeyd edir ki, Moria dünyada qaçqınlar üçün ən pis düşərgə sayılır. Orada yaşayanların əksəriyyəti düşərgəni həbsxana, Yer üzündə cəhənnəm və yeni Quantanamo hesab edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video