19 Sentyabr 2018 17:32
779
PARLAMENT
A- A+

Azərbaycan-Cibuti parlamentlərarası əlaqələri müzakirə olunub


Sentyabrın 19-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Ali Humedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Oqtay Əsədov Mohamed Ali Humedin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, hər iki ölkə iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından önəmini xüsusi qeyd edən sədr Azərbaycan və Cibutinin beynəlxalq təşkilatlarda da bir-birini dəstəklədiyini vurğulayıb. O diqqətə çatdırıb ki, Cibuti Respublikasının ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi bizim üçün mühüm məsələdir və ölkəmiz bunu qiymətləndirir.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Cibuti Milli Assambleyanın sədri Mohamed Ali Huməd Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı tədbirin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan-Cibuti əlaqələrinin getdikcə inkişaf etdiyini söyləyən qonaq ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video