19 Sentyabr 2018 17:28
865
PARLAMENT
A- A+

Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hər bir sahədə uğurla inkişaf edir


Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov sentyabrın 19-da Türkiyə Böyük Millət Məclisi (TBMM) xarici işlər komissiyasının rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycan ilə Türkiyə arasında çox yaxşı əlaqələrin olduğunu və bu əlaqələrin sürətlə inkişaf etdiyini söyləyib. Sentyabrın 15-də Bakının azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakının önəmini qeyd edən Ziyafət Əsgərov bunun birliyimizi sarsıtmaq istəyən qüvvələrə bir mesaj olduğunu qeyd edib. O, 100 il əvvəl olduğu kimi, 1990-cı illərin əvvəllərində də müstəqilliyimizi tanıyan ilk dövlətin məhz Türkiyə olduğunu vurğulayıb.

Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri hər bir sahədə davam edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və TANAP layihəsinin həyata keçirilməsinin təkcə iqtisadi yox, həm də siyasi və mənəvi-psixoloji əhəmiyyətinin olduğunu qeyd edən Ziyafət Əsgərov bu layihələrin Türkiyə və Azərbaycan dövlətlərinin, xalqlarının daha da yaxınlaşmasına töhfə verdiyini deyib.

Görüşdə Ziyafət Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı danışıb.

TBMM-in xarici işlər komissiyasının sədri Volkan Bozkır Azərbaycana növbəti səfərdən məmnunluqlarını qeyd edib. O, qardaş ölkələrimiz arasında münasibətlərin inkişafının qürur doğurduğunu vurğulayıb. Volkan Bozkır münasibətlərimizin bütün dünyaya gözəl örnək olduğunu deyib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video