19 Sentyabr 2018 17:11
605
İDMAN
A- A+

“Bakı-2018”: Cüdo üzrə dünya çempionatının püşkü atılıb

Sentyabrın 19-da Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, qurumun vitse-prezidenti Sergey Soloveyçik, idman direktoru Vladimir Barta, hakimlər üzrə direktor Xuan Karlos Barkos, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, təşkilatın baş katibi Elmar Babanlı, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Zaur Mütəllimov, olimpiya çempionu Nazim Hüseynov və iştirakçı ölkələrin nümayəndələri tədbirdə iştirak ediblər.

Əvvəlcə IJF-nin Bakıda təşkil olunacaq yarışla bağlı hazırladığı videoçarxı təqdim olunub.

Daha sonra M.Vizer çıxış edərək gözəl təşkilatçılığa görə Azərbaycan Cüdo Federasiyasına (ACF) təşəkkür edib. O deyib: "Ən yaxşı və güclü olan qalib gəlsin. İdmançılara uğurlar arzulayıram. Bakıda ən yaxşı dünya çempionatlarından biri keçiriləcək”.

S.Soloveyçik də təşkilatçılıqdan məmnunluğunu ifadə edib: "Sizi Bakıdakı dünya çempionatında salamlayıram. Gözəl təşkilatçılığa görə ACF-in prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm. Hər şey çox yüksək səviyyədədir”.

E.Babanlı isə çıxışında cüdo üzrə dünya çempionatının Azərbaycan üçün təkcə yarış yox, həm də tarix olduğunu söyləyib. O, mundial iştirakçılarına uğurlar arzulayıb.

Ardınca kompüter vasitəsilə 460 kişi və 298 qadın cüdoçunun qatılacağı dünya çempionatının püşkü atılıb. Püşk zamanı hər çəki dərəcəsində reytinqdə ilk "8-lik”də yer alan idmançılar fərqli qruplara paylanıblar. Rəqiblər isə avtomatik olaraq müəyyənləşib.

Püşkə əsasən, qarışıq komanda yarışlarında 19 ölkə mübarizə aparacaq. Azərbaycanın ilk rəqibi Avstriya yığması olacaq. Millimiz qalib gələcəyi təqdirdə növbəti raundda Yaponiya-Monqolustan cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video