19 Sentyabr 2018 17:10
331
SİYASƏT
A- A+

Ermənistanın müdafiə naziri ordunu idarə edə bilmir


Ermənistanın baş naziri Nikol Paşinyan işğal altında olan Azərbaycan torpaqlarına səfəri zamanı burada yerləşən hərbi hissələri ziyarət edib. Bu ziyarətin əsas səbəbi də son zamanlar Ermənistan ordusunda əsgər ölümlərinin artmasıdır. Böyük ehtimal, onun işğal altındakı Dağlıq Qarabağa səfər etməsi məhz oradakı hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman.T adlı şəxsin intihar etməsi ilə əlaqədardır. Qeyd edilməlidir ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan ordusu və qondarma rejimdə əsgər ölümləri ilə bağlı hadisələr daha geniş yayılıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında analitik Ehtiram Aşırlı bildirib.

Analitik qeyd edib ki, Aprel döyüşləri və Günnüt əməliyyatlarındakı məğlubiyyətlərdən sonra Ermənistan ordusundakı böhran getdikcə dərinləşir. Ermənistanın müdafiə naziri D.Tonoyan isə bu məsələləri həll etməkdə çətinlik çəkir, çıxış yolunu da həqiqətləri xalqdan gizlətməkdə görür. Həmçinin D.Tonoyan "Ermənistan ordusunda xidmət edən əsgərlərin ilin sonunadək yeni keyfiyyətli botinka və formalarla təmin ediləcək” şəklində bəyanatlar səsləndirərək xalqın diqqətini yayındırmağa və guya ordudakı vəziyyətin yaxşıya doğru getdiyini göstərməyə çalışır. Lakin bu zaman belə bir sual yaranır ki, həqiqətən Ermənistan ordusunda vəziyyət yaxşıya doğru gedirsə onda niyə erməni "dığa”ları xidmət etməkdən boyun qaçıraraq intihara cəhdə edirlər?”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video