19 Sentyabr 2018 17:09
571
İDMAN
A- A+

Üç azərbaycanlı cüdoçunun adı Beynəlxalq Cüdo Federasiyasının Şöhrət Zalına daxil edilib


Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində qala gecə təşkil edib.

AZƏRTAC xəbər verir ki, "Buta” sarayında keçirilən mərasimdə IJF-nin Şöhrət Zalına daxil edilən 19 nəfər mükafatlandırılıb. Cüdo ailəsinin tanınmış simalarının qatıldığı tədbirdə qonaqları salamlayan qurumun prezidenti Marius Vizer təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abullayevə təşəkkür edib.

R.Abdullayev Bakıda keçiriləcək dünya çempionatında hər şeyin gözəl alınacağına və əla rəqabətin olacağına ümid bəslədiyini bildirib: "Cüdo ailəsini və bütün qonaqları Azərbaycanda, təşkil edəcəyimiz ilk dünya çempionatında qəbul etmək mənim üçün böyük şərəfdir. Bizə bu imkanı yaratdığı üçün Marius Vizerə təşəkkür edirəm”.

Çıxışlardan sonra 2018-ci il üçün Şöhrət Zalına daxil edilən şəxslər xüsusi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. Azərbaycandan 3 nəfər bu şərəfə layiq görülüb. IJF 1992-ci il Barselona Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynov, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədli, eləcə də 2004-cü il Afina və 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında birinci yeri tutmuş İlham Zəkiyevi fərqləndirib.

Ardınca Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Yenyo Kamyuti fransalı kanoeçi Tomas Baruxu, fransalı veteran cüdoçu Jan-Luk Ruju, türkiyəli veteran güləşçi Kazım Gediki, eləcə də Türkiyənin "Altinboynuz" İdman Klubunu və Beçikanın "Panathlon Wallonie-Bruxelles" klubunu "Fair Play” mükafatı ilə təltif edib.

İtaliyalı Qavino Pirreddaya qızıl medal, almaniyalı Bernd Axillesə isə xüsusi diplom verilib.

Tədbirdə dünya şöhrətli Al Bano, rusiyalı Ksenya Buzina, azərbaycanlı Səmra Rəhimli, rumıniyalı Marsel Pavel və macarıstanlı Syoç Renata öz mahnılarını ifa ediblər.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 20-27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video