19 Sentyabr 2018 16:59
768
Elm və texnika
A- A+

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb


Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi ikinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun əməkdaşları Aida xanımın xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.

Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 26 il əvvəl dünyasını dəyişmiş böyük alimin keçdiyi həyat yolundan bəhs edib. O, Aida xanımın dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini və Azərbaycan qadınına örnək bir ömür yaşadığını bildirib.

G.Baxşəliyeva şərqşünas alimin müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açdığını, elmi məktəbin əsasını qoyduğunu, həmçinin onun Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli araşdıran ilk azərbaycanlı qadın olduğunu söyləyib. Aidə xanımın elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən danışan G.Baxşəliyeva görkəmli alimin Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi fəaliyyət göstərdiyini vurğulayıb. Bildirilib ki, Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb. İnstitutun ərəb filologiyası şöbəsinə başçılıq etdiyi qısa müddətdə onun bilavasitə səyləri ilə 10-dan artıq namizədlik dissertasiyası müdafiə olunub.

Daha sonra Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov çıxış edərək, Aida İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və bu sahədə ilk azərbaycanlı elmlər doktoru, professor ərəbşünas qadın olduğunu söyləyib. O, Aida xanımın keçmiş sovetlər məkanında şərqşünaslar arasında böyük nüfuza malik olduğunu qeyd edib, məşhur alimlərin onun haqqında söylədikləri dəyərli fikirləri xatırladıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video