19 Sentyabr 2018 16:53
287
CƏMİYYƏT
A- A+

Sumqayıtda qadınlara qarşı silsilə soyğunçuluq cinayətləri edən şəxs polislər tərəfindən tutulub


Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində şəhər ərazisində silsilə soyğunçuluq cinayətləri edən şəxs ifşa edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 15-də idarəyə müraciət edən Sumqayıt şəhər sakini olan bir qadın 5-ci mikrorayon ərazisində ağaclıq sahədə naməlum şəxsin ona hücum etdiyini və qızıl boyunbağısını qopararaq hadisə yerindən qaçdığını bildirib. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini Məmməd Vəliyev saxlanılıb.

M.Vəliyevin ətrafında aparılan əlavə istintaq-əməliyyat tədbirləri ilə onun başqa cinayətlərinin də üstü açılıb. Belə ki, onun müxtəlif vaxtlarda şəhər ərazisində daha iki qadına qarşı soyğunçuluq edərək zərərçəkənlərin qızıl-zinət əşyaları və əl çantalarını ələ keçirdiyi məlum olub. İstintaq zamanı onun qadınlara ümumilikdə 2000 manata yaxın maddi ziyan vurduğu sübuta yetirilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən M.Vəliyevin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video