19 Sentyabr 2018 10:42
539
İDMAN
A- A+

UEFA Çempionlar Liqası: Roberto Firmino sonuncu dəqiqələrdə "Liverpul" klubuna qələbə qazandırıb


Sentyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun maraqla gözlənilən oyunlarından biri C qrupunda oynanılıb. İngiltərənin "Enfild" stadionunda keçirilən qarşılaşmada meydan sahibi, son UEFA Çempionlar Liqasının finalçısı "Liverpul" Fransanın PSG klubunu qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab oyunun sonlarına yaxın açılıb. Qarşılaşmanın 36-cı dəqiqəsində Andrev Robertsonun cinah ötürməsini cərimə meydançasında tək qalan Daniel Stariç dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Qoldan altı dəqiqə sonra cərimə meydançasının daxilində Jorjinyo Vijnalduma qarşı qayda pozuntusu olub. Oyunun baş hakimi türkiyəli Cüneyd Çakır fransızların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Ceyms Milner sağ küncə dəqiq zərbə endirərək qapıçıya şans verməyib - 2:0. Qoldan sonra irəli atılan PSG matçın 40-cı dəqiqəsində hesab arasındaki fərqi azaldıb. Tomas Munye adını tabloya yazdırıb - 2:1.

Fasilədən sonra fransızlar hesabı bərabərləşdirməyə nail olublar. Kilyan Mbape hesaba tarazlıq gətirib - 2:2. Roberto Firmino sonuncu dəqiqələrdə dəqiq baş zərbəsi ilə "Liverpul”a qələbə qazandırıb - 3:2.

Bu qrupun digər qarşılaşmasında "Crevena Zvezda" doğma meydan "Napoli" klubunu qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

A qrupunda yer alan son UEFA Avropa Liqasının qalibi "Atletiko Madrid" səfərdə Fransanın "Monako" klubunun qonağı olub. Oyunda hesabı meydan sahibləri 18-ci dəqiqədə açıblar. Samuel Gradsir fərqlənib. Buna baxmayaraq, Madrid təmsilçisi iki top vuraraq fasiləyə üstün yollanıblar. Dieqo Simyonenin yetirmələrinin heyətində Dieqo Kosta və Xose Gimenes fərqləniblər. İkinci hissədə qol olmayıb.

A qrupunun ikinci oyununda "Borussiya Dortmund" klubu isə səfərdə "Brügge" komandasının qonağı olub. Görüş qonaqların 1:0 qələbəsi ilə başa çatıb.

D qrupunda yer alan Türkiyənin bu turnirdə yeganə təmsilçisi "Qalatasaray" Rusiyanın "Lokomotiv" klubunu qəbul edib. Qarşılaşma türkiyəlilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 9-cu dəqiqəsində Qari Rodriqez, 67-ci dəqiqədə Eren Dərdiyok, 89-cu dəqiqədə Səlcuk İnan fərqləniblər.

Qrupun digər oyunu Almaniyada baş tutub. "Şalke" və "Portu" klubları üz-üzə gəliblər. Bu oyunda qalib müəyyənləşməyib - 1:1.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video