19 Sentyabr 2018 01:27
773
Elm və texnika
A- A+

Bilik Fondu ilk dərs günündə 130 məkanda maarifləndirici mühazirələr təşkil etdi


Azərbaycan Respublikası Prezidentinin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamına uyğun olaraq Bilik Fondu silsilə tədbirlər həyata keçirir.

Belə tədbirlərdən biri yubiley ilinin ilk dərs günündə gerçəkləşib. Hər il olduğu kimi, bu il də Təhsil Nazirliyinin və Bilik Fondunun birgə təşkilatçılığı ilə fondun Lektorlar qrupunun üzvləri olan tanınmış ictimai xadimlər, alim və tədqiqatçılar müxtəlif bölgələrin təhsil müəssisələrində şagirdlərlə görüşüblər. Onlar görüşlərdə fondun "İl boyu bilik” proqramı çərçivəsində "Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda mühazirələrlə çıxış ediblər.

15 və 17 sentyabr tarixlərində Bilik Fondu Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən 129 orta təhsil müəssisəsində 128 alim, tədqiqatçı və mütəxəssisin iştirakı ilə 130 mühazirə təşkil edib. Mühazirələrə Bilik Fondu və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri ilə razılaşdırılmış qaydada AMEA-nın alim və tədqiqatçıları, ali məktəb müəllimləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, bilik evlərinin rəhbərləri, fondun əməkdaşları cəlb olunublar. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən orta ixtisas, peşə təhsili və orta ümumtəhsil məktəblərində, həmçinin Bilik Fondunun yerli nümayəndələrinin rəhbərlik etdikləri təhsil müəssisələrində şagirdlərlə keçirilən görüşləri dinləyicilər böyük maraqla qarşılayıblar.

2018-2019-cu tədris ilinin ilk dərs günü "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” və "Cümhuriyyət tariximiz qürurumuzdur” mövzularında mühazirələr paytaxtın 47, şəhər və rayonların 54, qəsəbə və kəndlərin 28 orta təhsil müəssisəsində keçirilib.

Mühazirələr aran bölgəsində 18, qərb bölgəsində 13, cənub bölgəsində 8, şimal bölgəsində 13, Qarabağ bölgəsində 20, dağlıq şirvan bölgəsində 6 və Bakı-Abşeron bölgəsində 52 məkanda gerçəkləşib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin Bakı Şəhəri Səbail Rayonu 189-190 nömrəli tam orta məktəbdə, AMEA-nın Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun Bakı Oksbric Akademiyasında, Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Məhəmməd Mehdiyevin Laçın rayonu 5 nömrəli tam orta məktəbdə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun Qusar rayonu B.Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbdə, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Misir Mərdanovun Bakı şəhəri A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlının Nərimanov rayonu 36 nömrəli tam orta məktəbdə, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərlinin 46 nömrəli tam orta məktəbdə, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin 132-134 nömrəli tam orta məktəblərdə, Milli Məclisin deputatı Aydın Mirzəzadənin İ.Əfəndiyev adına Elitar Gimnaziyada və digər tanınmış ziyalıların müxtəlif təhsil müəssisələrində söylədikləri mühazirələr dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədris ilinin ilk günündə Bilik Fondunun təşkilatçılığı ilə gənclərlə və yerli sakinlərlə görüşən ziyalılar Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edərək, o dövrün mənzərəsini canlandırmağa çalışıblar. Natiqlər bildiriblər ki, müsəlman Şərqində və türk dünyasında ilk müstəqil demokratik respublikanın məhz Azərbaycanda qurulması, bütün çətinliklərə baxmayaraq, 23 ay yaşaması tariximizin şanlı səhifəsidir. Hər bir azərbaycanlı bu tarixi dərindən öyrənməli və böyük dövlətçilik ənənəsi olan Azərbaycanın vətəndaşı olması ilə fəxr etməlidir.

Görüşlərdə xüsusi vurğulanıb ki, müstəqil dövlətimiz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən öz tarixi uğuruna qovuşub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan regionda lider dövlətə çevrilib. Elə bir regional layihə yoxdur ki, Azərbaycanın razılığı, imzası olmadan gerçəkləşsin. Artıq dünya Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycanın qərarlarına hörmətlə yanaşır.

Mühazirəçilər Prezidentin imzası ilə 2018-ci ilin Azərbaycanda "Xalq Cümhuriyyəti İli” elan olunduğunu xatırladaraq, bu çərçivədə görülən işlərdən danışıblar, Bilik Fondunun keçirdiyi tədbirlər barədə məlumat veriblər.

Ölkə ərazisində "Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda keçirilmiş maarifləndirici mühazirələrdən 15 mindən çox dinləyici - tələbələr, şagirdlər, müəllimlər faydalanıblar.

Bilik Fondu yenicə fəaliyyətə başladığı 2014-cü ildən etibarən, hər il Bilik Günündə maarifləndirici tədbirlərin təşkilatçısı olub və bu ənənəni davam etdirmək niyyətindədir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video