19 Sentyabr 2018 01:12
789
İQTİSADİYYAT
A- A+

Məqsəd 400 min ton şəkər çuğunduru istehsal etməkdir


İmişlinin güclənən sənaye potensialında Azərbaycan Şəkər İstehsalat Birliyinin xüsusi rolu var. Emal və istehsal imkanlarını ildən-ilə artıran, şəkər zavodunun bazasında müasir tələblərə cavab verən yeni müəssisələr yaradan "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC səmərəli fəaliyyəti ilə ölkə iqtisadiyyatının möhkəmlənməsinə sanballı töhfələr verir.

Hazırda cəmiyyətin kəllə qənd, qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur, yemqurutma zavodları istehsal etdikləri yüksəkkeyfiyyətli məhsullarla daxili bazarın ehtiyaclarını dolğun şəkildə ödəyir. Respublikanın müxtəlif regionlarında şəkər çuğundurunun yetişdirilməsində və tədarükündə çalışanların sayı 20 min nəfərdən çoxdur. Bu, Prezident İlham Əliyevin ölkədə yeni iş yerlərinin sayını artırmaq, insanların faydalı məşğulluğunu təmin etmək istiqamətində qarşıya qoyduğu vəzifələrin şərəflə reallaşdırılması baxımından təqdirəlayiqdir.

Bu il təsərrüfatlarda bol şəkər çuğunduru yetişdirilmişdir. Hazırda şəkər çuğunduru əkib-becərən rayonların sayı 30-a çatır. Cari ildə torpaq istifadəçiləri Ağcabədidə 884, Tərtərdə 859, Şəmkirdə 688, Ağdam, Göygöl, Tovuz, Goranboy və Samux rayonlarının hər birində 500 hektardan çox sahədə çuğundur əkib-becərmişlər. Artıq bir aya yaxındır ki, məhsul tədarükünə başlanmışdır. Şəkər çuğunduru ilə dolu ağır yük maşınları İmişli Şəkər Zavoduna istiqamət götürür.

Aparılan yenidənqurma işləri hesabına zavodun imkanları daha da artmışdır. Əvvəlki illərdə tədarük zamanı zavodun qarşısında çuğundur yüklü maşınların böyük növbəsi yaranırdı. Haqlı narazılığa səbəb olan bu problem artıq öz həllini tapmışdır. İndi gün ərzində zavoda gətirilən 3-4 min ton məhsulun vaxtında boşaldılıb emal edilməsi asanlıqla başa gəlir.

Təhvil verilən məhsul zavodun müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyasında müayinə edilib keyfiyyəti müəyyənləşir. İlkin nəticələrə görə, Cəlilabad, Kürdəmir, Ağcabədi və Biləsuvar rayonlarından gətirilən məhsulların şəkərliliyi daha yüksəkdir. Təbii ki, şəkərliliyi yüksək olan çuğundurun qiyməti də fərqlidir. Çuğundurbecərənlərin builki hədəfi keyfiyyət göstəricilərini artırmaqla yanaşı, 400 min ton məhsul istehsalına nail olmaqdır. Uğurla yola salınan hər gün qarşıya qoyulan məqsədin şərəflə reallaşacağına ümidləri artırır.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video