18 Sentyabr 2018 21:25
280
SİYASƏT
A- A+

Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub


Çində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tiencin şəhərində Dünya İqtisadi Forumunun (DİF) prezidenti Börge Brende ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, DİF-in xətti ilə təşkil edilən Yeni Çempionların İllik Toplantısı çərçivəsində keçirilən görüşdə həmsöhbətlər Azərbaycan ilə Forum arasında təşəkkül tapmış ənənəvi əlaqələri məmnuniyyətlə qeyd ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin DİF-in illik toplantılarına qatılması və çıxışları xüsusi vurğulanıb. Ölkəmizin DİF-in müasir dünya qarşısında iqtisadi, siyasi, ictimai və ekoloji sahələrdə duran Dördüncü sənaye inqilabı dövrünə aid təhdidlərin cavablandırılmasına həsr edilmiş hazırkı toplantıda da iştirak etməsi bunun təzahürü olaraq təqdirəlayiq hal kimi dəyərləndirilib.

Nazir Elmar Məmmədyarov qlobal iqtisadi inkişaf meyillərinin izlənilməsinə və onun perspektivlərinin proqnozlaşdırılmasına həsr edilmiş DİF-in illik hesabatlarında Azərbaycanda biznes fəaliyyəti üçün şəraitin və rəqabət qabiliyyətinin təmin olunması, yeni iş yerlərinin açılması üzrə göstəricilərin ildən-ilə artmasının təsadüfi xarakter daşımadığını qeyd edib. O, ölkəmizdə aparılan islahatların və həyata keçirilən inkişaf proqramlarının nəticəsi olan bu müsbət nailiyyətlər sayəsində sabit və dayanıqlı inkişafın təmin edildiyini vurğulayıb.

Xalqımızın rifahı naminə Azərbaycanın zəngin potensialından daha da səmərəli istifadə edilməsi məqsədilə regional əməkdaşlıq layihələrinə böyük diqqət yetirildiyini deyən nazir Elmar Məmmədyarov neft-qaz sektorunda həyata keçirilən strateji layihələrlə yanaşı, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin əhəmiyyətindən bəhs edib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olmaqla bərabər, Cənubi Qafqaz bölgəsi və daha geniş məkanda hərtərəfli əməkdaşlığa əngəl törətdiyini deyib.

Həmsöhbətlər Azərbaycan ilə DİF arasında ənənəvi əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ölkəmizin qlobal iqtisadiyyat sistemində tutduğu yer, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video