18 Sentyabr 2018 16:47
279
CƏMİYYƏT
A- A+

Saatlıda bugünədək 1000 tondan çox “ağ qızıl” toplanılıb


Bir neçə gündür ki, Saatlıda pambıq yığımına başlanılıb.

Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox - 25,5 min ton "ağ qızıl” toplayan Saatlı rayonunun pambıqçıları cari ildə də qələbə əzmi ilə çalışırlar. Pambıqçılar bugünədək sahələrdən 1125 tondan çox pambıq toplayaraq qəbul məntəqələrinə göndəriblər. Gün ərzində sahələrdən 203-205 ton məhsul toplanılır.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 4 şirkətlə - "MKT İK” MMC, "AZƏRPAMBIQ” MMC, "AQRO-AZ” MMC və SAATLI "KƏND TƏSƏRRÜFATI” MMC ilə 2645 müqavilə bağlanaraq 15 min 815 hektar sahədə pambıq əkilib. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən tarlalarda bol məhsul yetişib. "Bakı” Kəndli-Fermer Təsərrüfatının rəhbəri Xanım Babayeva bildirib ki, ölkə rəhbərinin aqrar sektorun inkişafına verdiyi hərtərəfli dəstək və pambığın alış qiymətinin artırılaraq 50 qəpiyə çatdırılması pambıq əkini ilə məşğul olan fermerlərin bu sahəyə olan marağını xeyli artırıb. Pambıqçılığın inkişafı ilə bağlı torpaq mülkiyyətçilərinə dövlət tərəfindən edilən güzəştlər, verilən əlavə subsidiyalar öz gözəl bəhrəsini verib. İndi sahələrdə ötən ildəkindən qat-qat çox məhsul var. "Becərdiyimiz 60 hektar sahədə də məhsul boldur. Kollarda olan qozaların sayı ilə apardığım təxmini hesablamalara görə bu mövsüm hər hektardan 30 sentnerədək məhsul götürə biləcəyik”, – deyə fermer bildirib.

Bitkidəki qozaların tam açılmaması səbəbindən hələlik məhsul yığımı əl ilə aparılır. Yaxın günlərdə pambıqyığan kombaynlar sahələrə çıxarılacaq. Bunun üçün rayonda ciddi hazırlıq işləri görülüb, maşın-mexanizmlər hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, ötən il Saatlıda 17 min 100 hektar pambıq sahəsindən 25,5 min ton pambıq yığılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video