18 Sentyabr 2018 00:44
632
Təhsil
A- A+

Kürdəmirdə daha bir yeni məktəb binası istifadəyə verilib

Kürdəmirin Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik yeni məktəb binası istifadəyə verilib.

Bu münasibətlə rayon rəhbərliyinin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keçirilib. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov yeni dərs ilinin başlanması münasibətilə məktəbin pedaqoji kollektivini təbrik edib və yeni məktəb binasının onlara qiymətli hədiyyə olduğunu söyləyib. Rayon icra hakimiyyətinin başçısı həmçinin qarşıdakı illərdə təhsil ocaqlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verib.

Çıxış edən müəllimlər, kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri kənddə yeni məktəb binasının inşasına görə dövlət başçısına minnətdarlıq ediblər.

Mərasimdə rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar sinif otaqları və fənn kabinetlərini gəzərək yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, ikimərtəbəli məktəb binası 132 şagird yerlikdir. Məktəbdə 11 sinif otağı, fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, akt və idman zalları, yeməkxana və digər yardımçı sahələr fəaliyyət göstərəcək. Təhsil ocağında havalandırma, soyutma və istilik sistemləri quraşdırılıb. Su və elektrik xətləri çəkilib, həyətdə abadlıq işləri görülüb. Müasir tələblər əsasında tikilən binada tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılıb.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video