Alternative content

03:43 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
02:11 23.07.2019 Əsir Ağdam məscidi
02:09 23.07.2019 Ağdamda nəyim qaldı...
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazaxlı məktəblilər öz ənənələrinə sadiq qaldılar
Qazaxlı məktəblilər öz ənənələrinə sadiq qaldılar
ANA SƏHİFƏ / Təhsil
00:43 18.09.2018


Mənfur düşmənlə 168 kilometr sərhəddə olan, vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verən, 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən, 7 kəndi hələ də düşmən tapdağı altında qalan Qazax rayonunda yeni dərs ili hər il tamamilə fərqli formada qarşılanır.

Belə ki, həmin gün rayonun məktəbliləri Şəhidlər xiyabanına gəlir, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən mərd oğullarımızın əziz xatirəsini ehtiramla yad edərək abidə önünə gül dəstələri düzürlər.

Sentyabrın 17-də müəllim və şagirdlər yenə də Şəhidlər xiyabanında toplaşmışdılar. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq pedaqoji kollektivləri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. Sonra diqqətə çatdırdı ki, ikinci dəfədir rayonda yeni dərs ili bu müqəddəs məkanda qarşılanır. Bu məkanı ziyarət etməklə vətənə, xalqa, dövlətə sadiqliyimizi nümayiş etdirməklə yanaşı, şəhidlərimizə olan mənəvi borcumuzu da qaytarırıq. Şəhidləri yad etmək, xatirəsini anmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Onlar Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçiblər. Şəhidlərin ömür yolu hər birimiz üçün nümunə olmalıdır. Hər bir gənc mərd və mübariz böyüməli, vətənin müdafiəsinə hər an hazır olmalı, lazım gələrsə öz canından keçməyi bacarmalıdır. Əminik ki, ənənə halını alan bu tədbir hər bir yeniyetmənin yaddaşında əbədi iz qoyacaq, onların qəlbində vətənə məhəbbət və şəhidlərə ehtiram hissini daha da artıracaqdır.

Rayonun təhsil sahəsində qazandığı uğurlardan danışan Rəcəb Babaşov bu il məzunların ali məktəblərə qəbul faizinin də artdığını diqqətə çatdırdı. Qeyd etdi ki, 509 nəfər məzundan 274 nəfəri tələbə adını qazanmışdır. Onlardan 49 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

Sonra rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Mehdi Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək şagirdlərə əsl vətənpərvərlik ruhu aşılayan bu tədbirin əhəmiyyətindən danışdılar. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi Barat Vüsal, şair Zaməddin Ziyadoğlu çıxış edərək Bilik Gününun belə təmtəraqla və Şəhidlər xiyabanında keçirilməsinin gənclərin vətən, xalq, dövlət naminə əsl vətəndaş kimi formalaşmasında böyük rol oynadığını qeyd etdilər və şəhidlərimizə həsr etdikləri şeirlərini oxudular.

Şəhid atası Sarı Hüseynov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdikdən sonra məktəblilər təhsil aldıqları məktəblərdə ilk dərsə başladılar.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM