18 Sentyabr 2018 00:35
364
İQTİSADİYYAT
A- A+

TAP: “İtaliyada mikrotunel üçün qazma işlərinin başlanması gözlənilir”


Azərbaycan təbii qazını Avropaya nəql edəcək "Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində qarşıdakı aylarda İtaliyada mikrotunel üçün qazma işlərinə başlanması gözlənilir.

Bu barədə AZƏRTAC-a açıqlamasında boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib. Onun sözlərinə görə, 2015-ci ilin mayında İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən TAP-a verilən əsas icazə sənədi qanunidir və etibarlıdır. Bu sənəd üzrə digər ikinci dərəcəli icazələrin alınması üzrə işlər aparılır. TAP prosesdə iştirak edən bütün hakimiyyət orqanları və maraqlı tərəflərlə əməkdaşlığı davam etdirir.

"TAP-ın podratçısı "Saipem” şirkəti mikrotunel sahəsində işləyir. Giriş çalasının tikintisi yay mövsümündən əvvəl başa çatıb və ərazidə lazımi avadanlıqlar quraşdırılıb. Qarşıdakı aylarda mikrotunel üçün qazma işlərinə başlanması gözlənilir”, - deyə o əlavə edib.

L.Givert həmçinin bildirib ki, TAP ətraf mühitin qorunması üçün ən qabaqcıl texnologiyalardan istifadə edəcək, tikinti işləri başa çatdıqdan sonra bioloji müxtəliflik və landşaft bərpa olunacaq: "TAP məsuliyyətlə İtaliyada dünya səviyyəli bir layihəni həyata keçirmək niyyətindədir və layihə qrafik üzrə irəliləyir”.

Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77 faizdən çoxu icra edilib. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanda - Kipoidə, digəri isə Albaniyada - Fierdə olmaqla ümumilikdə 2 kompressor stansiyasının, eləcə də Albaniyanın şərqindəki Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video