18 Sentyabr 2018 00:28
397
Mədəniyyət
A- A+

Dövlət başçısının qayğısı ivanovkalıları sevindirib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 sentyabr 2018-ci il tarixdə İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət sarayının əsaslı təmiri, zəruri inventar və avadanlıqlarla təchizatı üçün 2,5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalayıb.

İvanovkaya həmişə xüsusi qayğı ilə yanaşan ölkə rəhbərinin diqqət və qayğısına minnətdarlıqla cavab verən İvanovka sakinləri bu tarixi hadisəyə həsr olunmuş təntənəli mitinq keçiriblər. Mədəniyyət sarayı qarşısındakı tədbiri İvanovka İƏD üzrə nümayəndə İvan Prokofyev açıb. Kolxozun sədri Vasili Novoseltsev, tam orta məktəbin direktoru Polina Radayeva, Mədəniyyət sarayının direktoru Natalya Kolpakova çıxış edərək dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Məktəbin direktoru qeyd edib ki, Prezident İlham Əliyev 2005-ci ildə İvanovkaya səfər edərkən demişdi: "Əvvəl Heydər Əliyev sizin qarantınız idi, indi mən sizin qarantınızam”. O, hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarını nəzərə çatdırıb. İvanovkada məktəb, ardınca 15 yerlik müasir xəstəxana tikilib, kəndə içməli su və asfalt yol çəkilib. Çoxdan arzusunda olduqları mədəniyyət sarayının təmiri və təchizatı üçün vəsait ayrılması İvanovka sakinlərini daha çox sevindirib.

Bildirilib ki, uzun illər təsərrüfata uğurla rəhbərlik etmiş Nikolay Nikitinin tikdirdiyi İvanovka mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilib. Lakin indiyədək əsaslı təmir olunmayıb və təchizatı yenilənməyib.

Tədbirin sonunda kolxozun müşahidə şurasının sədri Olqa Jabina Prezidentə ünvanlanan müraciəti oxuyub. Ardınca isə "Slavyanoçka” folklor qrupu Azərbaycana və İvanovkaya həsr olunmuş mahnılar ifa ediblər.

Ə.SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video