15 Sentyabr 2018 23:09
259
SİYASƏT
A- A+

Azərbaycanın və Çilinin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib


"Azərbaycan Respublikası Hökuməti və Çili Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslər üçün viza tələblərinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Saziş imzalanıb



Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Latın Amerikası ölkələrinə səfəri çərçivəsində sentyabrın 13-də Çili Respublikasına səfər edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazir müavini X.Xələfov Çili Respublikası Senatının sədri Karlos Montes və Deputatlar Palatasındakı Çili-Azərbaycan Dostluq Qrupunun sədri Qabriel Silber və qrupun digər üzvləri ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələri barəsində fikir mübadiləsi aparılıb və xalqlar arasında dostluq və qarşılıqlı etimadın gücləndirilməsində parlamentlərarası əlaqələrin mühüm rol oynadığı qeyd edilib.

Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib. Siyasi məsləhətləşmələr zamanı Azərbaycan tərəfini nazir müavini Xələf Xələfov, Çili tərəfini isə nazir müavini Karolina Valdiviya Torres təmsil edib. Görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı sərmayə qoyuluşu imkanlarının öyrənilməsi barədə fikir mübadiləsi aparılıb.

Nazir müavini X.Xələfov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri barədə məlumat verib, Latın Amerikası regionu dövlətləri, o cümlədən Çilinin bu nəqliyyat infrastrukturlarından istifadə edərək Mərkəzi Asiya və Uzaq Şərq bazarlarına daha səmərəli çıxış əldə edə biləcəyini vurğulayıb. Çili tərəfi Azərbaycan Respublikasının regiondakı geniş iqtisadi və infrastruktur imkanlarını və geosiyasi əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda səfirlik təsis etmək haqqında qərar qəbul etdiyini və yaxın zamanlarda səfirliyin fəaliyyətə başlayacağını bəyan edib.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi, problem üzrə danışıqlar prosesinin son durumu barəsində geniş fikir mübadiləsi aparılıb. X.Xələfov münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü, BMT Təhlükəsizlik Şurasinin müvafiq qətnamələri əsasında həll olunmasının labüdlüyünü qeyd edib.

Bu xüsusda, Çili tərəfi Azərbaycan Respublikasının ərazilərinin işğalını qəbul etmədiyini, münaqişənin Azərbaycanın ərazi bütövlüyü, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Çili Respublikasının bu mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Siyasi məsləhətləşmələrdən sonra "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Çili Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında” Anlaşma Memorandumu və "Azərbaycan Respublikası Hökuməti və Çili Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslər üçün viza tələblərinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Saziş imzalanıb, bu sənədlərin ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə töhfə verəcəyi bildirilib. Bu xüsusda, Azərbaycan və Çili arasında mövcud əməkdaşlıq potensialının həyata keçirilməsi üçün qarşıdakı dövrdə iki ölkə arasında təmasların daha sıx davam etdirilməsinin, eləcə də hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video