Alternative content

12:45 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:29 23.10.2019 Diplomatik zərbə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Lahıc məktəbinin direktoru: 400 yerlik yeni təhsil ocağı Prezidentimizin lahıclılara böyük hədiyyəsidir
Lahıc məktəbinin direktoru: 400 yerlik yeni təhsil ocağı Prezidentimizin lahıclılara böyük hədiyyəsidir
ANA SƏHİFƏ / Təhsil
20:39 15.09.2018

İsmayıllı rayonunun Lahıc qəsəbəsi bu gün yeni dövrünü yaşayır. Bir vaxtlar lahıclıların arzusunda olduqları məsələlər, sosial problemlər artıq öz həllini tapıb: qəsəbəyə yeni yol, qaz xətti çəkilib, yeni məktəb binası inşa olunub.

AZƏRTAC-ın bölgə müxbiri yeni istifadəyə verilən tam orta məktəbdə keçirilən "Bilik günü”ndə iştirak edib.

Yeni məktəbə ilk qədəm qoyduqları andan lahıclı məktəblilərin onların çöhrəsindəki sevinc dolu hissləri görməmək mümkün deyildi.

"Bilik günü”ndə ağsaqqal Sədrəddin İsgəndərov çıxış edərək məktəblilərə yeni dərs ilində uğurlar arzuladı. O, 400 yerlik yeni təhsil ocağının Prezident İlham Əliyevin Lahıc məktəblilərinə, pedaqoji kollektivə, sakinlərə böyük hədiyyəsi olduğunu vurğulayaraq, bunun dövlətimizin başçısının Azərbaycanın gələcəyinə, təhsilinə göstərdiyi diqqətin bir nümunəsi olduğunu bildirdi.

Bilik bayramında çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Hikmət Haqverdiyev təhsilin müasir standartlar səviyyəsində təşkili üçün hər cür şəraiti olan yeni binanın açılışının Lahıc məktəbinin 100 illiyinin qeyd ediləcəyi 2018-ci ilə təsadüf etdiyini diqqətə çatdırdı. O, sinif otaqlarının qış aylarında artıq odunla deyil, istilik sistemi ilə qızdırılacağını bildirdi.

"Yaradılan şərait - laboratoriya, fənn kabinetləri, kompüter otağı, müasir idman zalı qarşıya təhsildə yeni-yeni uğurlar qazanmaq vəzifəsini qoyur və kollektiv savadlı, yüksək intellektli, vətənpərvər nəslin yetişdirilməsinə cavabdehdir. Bu, dövlətimizin başçısının istəyi, qarşımıza qoyduğu vəzifədir”, - deyə məktəb direktoru vurğuladı.

Bilik günündə çıxış edən dövlət qulluqçusu, veteran Valeh Salehov, veteran müəllim Əbülfəz Haşımov, qəsəbə icra nümayəndəsi Fikrət Haqverdiyev, Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev və başqaları çıxışlarında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 26-da tam orta məktəb üçün inşa edilən yeni binanın açılışında iştirak etmələrinin, habelə kəndin qazlaşdırılmasının, Dəmirçi-Lahıc avtomobil yolunun istifadəyə verilməsinin tarixi hadisə olduğunu diqqətə çatdırdılar. Qeyd olundu ki, Prezident İlham Əliyevin qəsəbəyə səfəri, açılış mərasimlərində iştirakı dövlətimizin başçısının nəinki şəhər və bölgələrin inkişafına diqqətinin, həm də hər bir azərbaycanlının Prezidenti olduğunun bariz nümunəsidir.

Lahıclı məktəblilər onlara hədiyyə edilən yeni tədris ocağına görə dövlətimizin başçısına minnətdarlıq edib, yaxşı oxuyacaqlarına, Vətənə layiqli övlad kimi yetişəcəklərinə söz veriblər. Onlar "Bilik günü” mərasimində Azərbaycana həsr olunan şeirlər söyləyiblər.

Məktəbdə yaradılan şərait, səliqə-sahman göz oxşayırdı. Bu tədris ocağında cari dərs ilində 220 şagird təhsil alacaq. Onlardan 15 nəfəri bu il ilk dəfə birinci sinfə qədəm qoyur. Təlim-tərbiyə işləri ilə 32 müəllim məşğul olacaq. Yeni dərs ilindən məktəbdə ingilis dili də tədris ediləcək.

Qeyd edək ki, Lahıc qəsəbəsində builki məzunlardan 9 nəfəri ali məktəblərə sənəd verib, onlardan 5-i arzusuna çatıb. İki nəfər isə orta ixtisas məktəbinə qəbul olub. Yeni məktəbin istifadəyə verilməsi bu nəticələrin daha da yaxşılaşmasına səbəb olacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM