Alternative content

17:48 21 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxt məktəblərində “Bilik günü” ilə bağlı tədbirlər keçirilib
Paytaxt məktəblərində “Bilik günü” ilə bağlı tədbirlər keçirilib
ANA SƏHİFƏ / Təhsil
20:20 15.09.2018

Bu gün paytaxtın ümumtəhsil məktəblərində "Bilik günü” qeyd olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, tədbirlərdə bu qurumun əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri, sabiq məzunlar, əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə müəssisə rəhbərləri yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan danışıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs ediblər.

"Bilik günü”ndə iştirak edən BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı təqdim olunub.

Tədbirlərdən sonra 5 günlük tədris həftəsi tətbiq olunan məktəblərdə şagirdlər, xüsusilə də birinci sinfə gedənlər müəllimlərlə görüşüb, sinif otaqları, dərs cədvəli ilə tanış olub, siniflərin növbəliliyi barədə məlumatlandırılıblar. Altıgünlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərə cədvəl üzrə bu gündən başlanılıb.

Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ümumilikdə, 442.147 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərinin birinci sinfində 48.000-dən çox, IX sinfində 30.139, X sinfində 21.102, XI sinfində 20.379, XII sinfində isə 690 şagird təhsil alacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM