Alternative content

04:46 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Kamal Abdulla “Bilik günü”ndə məktəblilərə mühazirə oxuyub
Akademik Kamal Abdulla “Bilik günü”ndə məktəblilərə mühazirə oxuyub
ANA SƏHİFƏ / Təhsil
20:18 15.09.2018

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayev sentyabrın 15-də - "Bilik günü”ndə Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə "Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda mühazirə oxuyub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə yeni dərs ilinin başlanması, həmçinin əsaslı təmirdən sonra məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdləri təbrik edən K.Abdulla onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu, Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, milli mənəvi dəyərlərimizin qorunması, multikultural ənənələr, ölkəmizdəki tolerantlıq mühiti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Ümummilli Liderin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrlərdə əsas diqqət yetirdiyi sahələrdən biri məhz xalqımızın milli mənəvi dəyərlərinin qorunması və onların gələcək nəsillərə çatdırılması olub.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev xalqımızın milli mənəvi dəyərlərinə müxtəlif istiqamətlərdən nəzər salıb və hər bir istiqamət üzrə xüsusi siyasi iradə nümayiş etdirib. Bu, xüsusilə dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, dinimiz, tariximiz, dövlətçiliyimiz və adət-ənənələrimizlə bağlı olub. Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli mənəvi dəyərlərimizin qorunması və inkişafında Ümummilli Liderin rolunun əvəzsiz olduğunu görərik. Ulu Öndər azərbaycançılıq ideologiyasının siyasi və dövlətçilik əsaslarını yaradaraq milli mənəvi dəyərlər sistemimizi daha da gücləndirib, yad təsirlərdən qoruyub. Ümummilli lider Heydər Əliyevin bu sözləri bizim üçün bir çıraq olmalıdır: "Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Azərbaycan dilinə Şah İsmayıl mövqeyindən yanaşaraq bu dilin dövlət dili səviyyəsinə yüksəldilməsi, ədəbiyyatımızın və mədəniyyətimizin korifeylərinə və hazırkı nümayəndələrinə daim həssaslıqla yanaşılması, onları daim xalqın gözləri önündə tutması, maddi və mənəvi mədəniyyət abidələrimizə dövlət qayğısı, dövlətçilik tariximizə, xüsusən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tariximizə ehtiram, müasir Azərbaycanın AXC-nin varisi elan olunması və s. Ulu Öndərin xalqımızın milli mənəvi dəyərlərinin qorunması məsələsində ortaya qoyduğu prinsipial mövqelərdir. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə və şərəflə davam etdirilir. Azərbaycan xalqı da bu varisliyi ehtiramla dəyərləndirir.
Sonda məktəbə ADU tərəfindən kitablar təqdim olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM