15 Sentyabr 2018 14:31
321
DÜNYA
A- A+

Koalisiyanın helikopteri Yəməndə qəzaya uğradı

Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiyanın helikopteri qəzaya uğramışdır. Bu barədə koalisiya qüvvələrinin nümayəndəsi, polkovnik Turki Malikiyə istinadən SPA informasiya agentliyi xəbər verir.

Məlumata görə, Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrinə məxsus helikopter Yəmənin şərqində, Mehra əyalətində terrorizm və qaçaqmalçılıqla mübarizə missiyası yerinə yetirərkən yerə çırpılmışdı. Nəticədə pilot və onun köməkçisi həlak olmuşlar.

Malikinin dediyinə görə, qəzaya səbəb texniki nasazlıqdır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası 2015-ci ilin martından bəri Yəmənin qanuni hökumətinə qarşı çevriliş cəhdi həyata keçirmiş hövsilərə qarşı mübarizədə hökumət qoşunlarını dəstəkləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video