15 Sentyabr 2018 14:29
311
DÜNYA
A- A+

Salvadorun baş prokuroru eks-prezidentin ekstradisiyasını tələb edir


Salvadorun baş prokuroru Duqlas Melendes sabiq dövlət başçısı Maurisio Funesin Nikaraquadan ekstradisiyası barədə sorğunu dəstəkləmək xahişi ilə məhkəməyə müraciət etmişdir. Bu barədə "Röyter” agentliyi xəbər verir.
Məlumata görə, prokurorların Ali Məhkəməyə təqdim etdiyi sorğuda Funesin, onun tərəfdaşının və iki oğlunun ekstradisiyası tələb olunur. Onlar digər ittihamlarla yanaşı, dövlət vəsaitini şəxsi ehtiyacları üçün xərcləməkdə şübhəli bilinirlər.
Öz növbəsində Maurisio Funes Twitter səhifəsində prokurorluğun sorğusunu qarayaxma adlandıraraq mühafizəkarların və biznesmenlərin siyasi hücumlarının qurbanı olduğunu bildirmişdir.
Xatırladaq ki, sentyabrın 13-də məhkəmə Funesin dövlət başçısı vəzifəsində sələfi Elias Antonio Sakanı 10 il müddətinə azadlıqdan məhrum etmişdir. O, çirkli pul yumaqda və 300 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinmişdir.
Funes 2009-2014-cü illərdə ölkəyə başçılıq etmişdir. 2016-ci ildə ona Nikaraquada sığınacaq verilmişdir.
Salvador hökuməti güman edir ki, Funesin administrasiyası təxminən 300 milyon dollar mənimsəmiş, həmçinin çirkli pul yumuşdur. Baş prokuror hesab edir ki, eks-prezident dövlət vəsaitini mənimsəmək üçün mürəkkəb şəbəkə qurmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video