15 Sentyabr 2018 14:26
570
Təhsil
A- A+

Cocuq Mərcanlıda şagirdlərə məktəbli forması paylanılıb


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndindəki şəhid Novruz Aslanov adına tam orta məktəbin şagirdlərini məktəbli geyimi ilə təmin edib. Məktəbli geyimləri sentyabrın 15-də "Bilik günü” münasibətilə keçirilən tədbirdə şagirdlərə təqdim olunub. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov müəllimləri, şagirdləri və valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Bildirib ki, Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməzliyinin və işğal altında olan torpaqlarımıza "Böyük qayıdış”ın simvoludur. İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında tamamilə yenidən qurulan və bütün lazımi infrastrukturu bərpa olunan kənddə daha güllə səsləri deyil, məktəb zənginin və məsciddən ucalan azanın sədaları eşidilir. Doğma yurda köçmüş sakinlər təhlükəsiz və rahat həyat şəraitində yaşayırlar. Onların məşğulluğunun təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Xatırladaq ki, Cocuq Mərcanlı kəndi 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilsə də, 1994-cü ilin yanvarında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Lakin yaxınlıqdakı Lələtəpə yüksəkliyində düşmən mövqeləri yerləşdiyindən kənddə yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin Aprel döyüşlərində qəhrəman döyüşçülərimizin bu yüksəkliyi geri almasından sonra mövcud təhlükə aradan qalxıb. Məcburi köçkün sakinlərin Cocuq Mərcanlıya qayıdışı davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video