15 Sentyabr 2018 14:17
818
Təhsil
A- A+

Uğur olsun, birincilər!


Bir sırada dayansalar da, bir sinif otağının partaları arxasında əyləşsələr də, hələ biri-birilərinin adlarını belə bilmirlər. Bildikləri yalnız onları gülərüzlə qarşılayan Səmədova Gülər müəllimənin adıdır. Bir də odur ki, məktəbə, oxumağa, öyrənməyə gəliblər. Çox həvəslidirlər. Təzə çantalarının qulpundan möhkəm-möhkəm yapışıblar, kitablara, dəftər-qələmə heyranlıqla baxırlar.

Həmişə belə olsun! Elmə, təhsilə bu gündən başlanan maraqları heç vaxt azalmasın. Milli Qəhrəman Cavanşir Rəhimov adına 146 nömrəli tam orta məktəbin birinciləri kimi bütün birincilərin bu gün tanış olduqları "A” hərfindən başlanan yolları nurlu, uğurlu olsun, bu yollarla böyük məqsədlərə çatsınlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video