15 Sentyabr 2018 01:58
862
SİYASƏT
A- A+

“Azərbaycan” qəzeti xalqa, dövlətçiliyə və Prezidentə möhkəm bağlılığı, sədaqəti ilə ən ön mövqedədir


Şahin MUSTAFAYEV,

Azərbaycan Respublikasının iqtisadiyyat naziri


"Azərbaycan” qəzetinin baş redaktoru,

Milli Məclisin deputatı

Bəxtiyar Sadıqova


Hörmətli Bəxtiyar müəllim!

Azərbaycan mətbuatında özünəməxsus yeri və dəst-xətti ilə seçilən "Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə Sizi və qəzetin yaradıcı heyətini İqtisadiyyat Nazirliyi adından təbrik edirəm.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə söz və mətbuat azadlığına böyük önəm vermiş, medianın inkişafını daim diqqətdə saxlamışdır. Ulu öndərin hərtərəfli inkişaf strategiyasını böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Hazırda güclü iqtisadi potensiala malik olan və davamlı inkişaf edən Azərbaycanda digər sahələrlə yanaşı, kütləvi informasiya vasitələrinin inkişafına da hərtərəfli dövlət dəstəyi göstərilir.

İlk sayı 100 il əvvəl - Azərbaycan Xalq Cümhuriyyəti dövründə işıq üzü görən "Azərbaycan” qəzeti bütün fəaliyyəti dövründə "Əkinçi”dən başlanan yola şərəflə xidmət edir, ölkəmizin mütərəqqi mətbuat ənənələrini layiqincə yaşadır. Rəsmi dövlət qəzeti statusunu daşıyan və ölkənin əsas nəşri hesab olunan "Azərbaycan” qəzeti dövlət və vətəndaş mövqeyindən çıxış edir, xalqa və dövlətçiliyə, Azərbaycan Respublikasının Prezidentinə möhkəm bağlılığı, sədaqəti ilə ən ön mövqedədir. Fəaliyyətini tarixi ənənələr üzərində quran, qarşıya qoyduğu prinsipial hədəflərə sadiqlik nümayiş etdirən "Azərbaycan” qəzeti peşə meyarlarına tələbkar münasibəti, ölkədə və beynəlxalq aləmdə cərəyan edən hadisələrə operativ yanaşması və ətraflı təhlilləri ilə digər KİV-dən seçilir. Qəzetin hazırladığı xəbərlər və analitik materiallar cəmiyyətimizin tərəqqisinə, qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin, milli maraqlarımızın qorunmasına, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verir.

Qəzetin peşəkar kollektivi tərəfindən digər sahələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatının inkişafına, bu sahədə aparılan genişmiqyaslı islahatlara və həyata keçirilən layihələrə dair mütəmadi olaraq qəzetdə dərin təhlilə əsaslanan sanballı materiallar dərc olunur, İqtisadiyyat Nazirliyi ilə səmərəli əməkdaşlıq həyata keçirilir.

Əminik ki, hamımızın doğma qəzeti, etibarlı informasiya mənbəyimiz olan "Azərbaycan” qəzeti qazandığı nüfuzu ilə daim milli mətbuatımızın önündə olacaq, əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Sizi, "Azərbaycan” qəzetinin peşəkar kollektivini və çoxminli oxucularını qəzetin 100 illik yubileyi münasibətilə bir daha təbrik edir, yeni uğurlar arzulayıram.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video