“Azərbaycan” qəzeti çağdaş mətbuatımızda özünəməxsus mövqeyə, böyük nüfuza malikdir
Əbülfəs QARAYEV,
mədəniyyət naziri
"Azərbaycan” qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı
cənab Bəxtiyar Sadıqova
Hörmətli Bəxtiyar müəllim!
Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı və yadigarı, milli mətbuatımızın inkişafında özünəməxsus yeri olan "Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi səmimi-qəlbdən təbrik edirəm.
1918-ci il sentyabrın 15-də mətbuat tariximizdə ilk rəsmi dövlət qəzeti kimi nəşrə başlayan "Azərbaycan” milli dövlətçilik məfkurəsinin möhkəmləndirilməsində, xalqımızın azadlıq ideallarının, mədəniyyətinin, irsinin yaşadılması və təbliğində müstəsna rol oynamışdır. Bu qəzetin işıq üzü görməsi tariximizin şanlı hadisəsi - Bakının bolşevik-daşnak işğalından azad edilməsi, müstəqil Azərbaycanın öz paytaxtına qovuşması ilə bir günə təsadüf etmişdi. Bu, cümhuriyyət tariximizin, eyni zamanda mətbu fikir salnaməmizin yeni bir səhifəsinin açılması idi. "Azərbaycan” qəzeti fəaliyyəti dövründə Xalq Cümhuriyyətinin ən mötəbər söz tribunası olmaqla yanaşı, 1875-ci ildə "Əkinçi” ilə başlanan və XIX əsrin sonu - XX əsrin əvvəlində digər nəşrlərimizin davam etdirdiyi milli oyanış, özünüdərk və istiqlaliyyət yolunun avanqardı olaraq bu salnamədə dərin iz qoymuşdur.
Dahi Üzeyir Hacıbəylinin və qələmdaşlarının son dərəcə mürəkkəb ictimai-siyasi şəraitdə gərgin, yorulmaz fəaliyyəti sayəsində nəşr olunan qəzet ilk respublikamızın varolma mübarizəsində öz missiyasını sonadək, layiqincə yerinə yetirmişdir. Cümhuriyyət tarixinin öyrənilməsində 1918-1920-ci illərdə bu qəzetdə dərc olunmuş materialların müstəsna əhəmiyyəti var. Cümhuriyyətin süqutundan sonra "Azərbaycan” qəzeti də eyni aqibəti yaşamış, sovetləşmədən sonrakı siyasi-ideoloji reallıqlar onu mətbu fikir tariximizdən silməyə çalışmışdır. Bu gün biz həmin tarixi xatırlamaqla bərabər, "Azərbaycan” qəzetinin taleyinə mühacirət, nisgilli ömür, repressiya yazılmış redaktorları - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, eləcə də qəzetin o dövrdəki yazarlarının xatirəsini minnətdarlıqla yad edirik.
XX əsrin sonunda ölkəmiz yenidən istiqlaliyyət yoluna qədəm qoyduqdan sonra "Azərbaycan” qəzeti də fəaliyyətini bərpa edərək milli mətbuat ənənələrini uğurla davam etdirmiş, müstəqilliyimizə öz töhfələrini vermişdir. Bu gün əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik kursu, davamlı və dinamik inkişaf strategiyası "Azərbaycan” qəzetinin səhifələrində yüksək peşəkarlıqla işıqlandırılır.
Hörmətli Bəxtiyar müəllim!
Rəhbərlik etdiyiniz qəzetin ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı proseslərə hər zaman fəal jurnalistika və vətəndaşlıq mövqeyindən yanaşması xüsusilə təqdirəlayiqdir. "Azərbaycan” qəzeti dövrün taleyüklü məsələləri ilə bağlı dövlətçilik mənafelərinə, milli-mənəvi dəyərlərə xüsusi diqqəti ilə seçilir və bütün bunların sayəsində çağdaş mətbuatımızda özünəməxsus mövqeyə, böyük nüfuza malikdir. Qəzet həmçinin mədəniyyətimizin inkişafı və təbliğini daim diqqətdə saxlayır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, mədəniyyətimizin himayədarı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə və xaricdə reallaşan mədəniyyət layihələri qəzetdə geniş əks olunur. O cümlədən, Azərbaycanda uğurla gerçəkləşən beynəlxalq festivalların, digər irimiqyaslı mədəni tədbirlərin qəzetdə dolğun şəkildə işıqlandırılması məmnunluq doğurur. Bu fəaliyyətinizdə rəhbərlik etdiyiniz kollektivə yeni-yeni uğurlar arzulayıram.
"Azərbaycan”ın 100 illik yubileyi münasibətilə Sizi və qəzetin bütün kollektivini bir daha təbrik edir, hər kəsə möhkəm cansağlığı, işdə və həyatda daim xoş günlər diləyirəm.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!