Alternative content

11:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan” dövlətçilik ideyalarına sədaqəti ilə müasir jurnalistikamız üçün əsl örnəkdir
“Azərbaycan” dövlətçilik ideyalarına sədaqəti ilə müasir jurnalistikamız üçün əsl örnəkdir
ANA SƏHİFƏ / SİYASƏT
01:52 15.09.2018


Rövşən RZAYEV,

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri


Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

"Azərbaycan” qəzetinin baş redaktoru

cənab Bəxtiyar Sadıqova


Hörmətli Bəxtiyar müəllim!

Sizi və rəhbərlik etdiyiniz kollektivi əlamətdar hadisə - "Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə dərin səmimiyyətlə təbrik edirəm!

İlk nömrəsi 15 sentyabr 1918-ci ildə işıq üzü görən "Azərbaycan” qəzeti milli məfkurənin və azadlıq ideyalarının yayılmasında, xalqımızın müstəqil dövlətçilik ənənələrinin formalaşdırılmasında, qorunmasında və təbliğində tarixən mühüm rol oynamışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi müstəqil dövlət quruculuğu və hərtərəfli tərəqqi, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar və sürətli inkişaf dövrünün salnaməçisi olan bugünkü "Azərbaycan” Xalq Cümhuriyyəti zamanında çıxan "Azərbaycan”ın layiqli varisi kimi cəmiyyətimizdə böyük nüfuz və rəğbət qazanmışdır.

Söz və mətbuat azadlığının tam təmin olunduğu ölkəmizdə "Azərbaycan” qəzeti özünün yaradıcılıq mövqeyi və peşəkarlıq xüsusiyyətləri, milli-mənəvi dəyərlərə və dövlətçilik ideyalarına sədaqəti ilə müasir jurnalistikamız üçün əsl örnəkdir.

Sizi bir daha yubiley münasibətilə təbrik edir, şəxsən Sizə və kollektivinizin hər bir üzvünə möhkəm cansağlığı, uzun ömür, şərəfli yaradıcılıq fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!