15 Sentyabr 2018 01:51
674
SİYASƏT
A- A+

“Azərbaycan” qəzetinin dövlət müstəqilliyimizin möhkəmləndirilməsindəmüstəsna rolu var


Əhməd ƏHMƏDZADƏ,

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri


"Azərbaycan” qəzetinin baş redaktoru,

Milli Məclisin deputatı

cənab Bəxtiyar Sadıqova


Hörmətli Bəxtiyar müəllim!

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin çoxminli kollektivi adından Sizi və kollektivinizi "Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə təbrik edirəm.

Əsası 1918-ci ildə qoyulmuş "Azərbaycan” qəzeti ötən 100 ildə çox böyük tarixi inkişaf yolu keçmiş, xalqımıza istiqlal mübarizəsində mühüm xidmətlər göstərmiş və müstəqilliyimizin möhkəmləndirilməsi prosesinin fəal iştirakçısı olmuşdur.

Böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsini ölkə mediasının inkişafı sahəsində də davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının yürütdüyü siyasətə uyğun olaraq digər kütləvi informasiya vasitələrimiz kimi, "Azərbaycan” qəzeti də dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.

Rəhbərlik etdiyiniz "Azərbaycan” qəzetinin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, demokratik cəmiyyət qurulması, xalqımızın çoxillik arzu və istəklərinin ifadəsinə çevrilməsi, təbliğat-təşviqat işinin qurulması, görülən işlərin və qarşıda duran vəzifələrin ölkə vətəndaşlarına düzgün çatdırılması, ictimai-siyasi ideyalarının formalaşması, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində və başqa sahələrdə üzərinə düşən bütün vəzifələrin layiqincə yerinə yetirilməsində müstəsna rolu vardır.

İnanırıq ki, bundan sonra da ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan” qəzeti ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, iqtisadiyyatımızın mütəmadi inkişafının, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması, gənclərin maarifləndirilməsi və digər sahədə aparılan məqsədyönlü işlərin işıqlandırılması yolunda öz töhfələrini verəcəkdir.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Sizinlə əməkdaşlığı yüksək qiymətləndirir və ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyəti olan meliorasiya və su təsərrüfatı işlərinin mətbuatda işıqlandırılmasına görə təşəkkürümüzü bildiririk.

Hörmətli Bəxtiyar müəllim!

Sizi bir daha "Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə təbrik edir, Sizə və bütün kollektivinizə möhkəm cansağlığı, uzun ömür, xoş əhvali-ruhiyyə, respublikamızın sosial-iqtisadi inkişafı naminə məsul və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video