Alternative content

16:24 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xarici ölkə səfirlərinin təbrikləri
Xarici ölkə səfirlərinin təbrikləri
ANA SƏHİFƏ / SİYASƏT
01:45 15.09.2018


"Azərbaycan” qəzeti Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdırır, aramızdakı tellərin daha da möhkəmlənməsinə təkan verir


Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

"Azərbaycan” qəzetinin baş redaktoru

cənab Bəxtiyar Sadıqova


Cənab Bəxtiyar Sadıqov!

"Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırır və müvəffəqiyyət dolu arzularımı bildirirəm.

"Azərbaycan” qəzeti ilə Azərbaycan Cümhuriyyətinin eyni yaşda olmaları heç də təsadüfi deyil. "Azərbaycan” qəzeti 1918-ci ildə ilk müstəqil cümhuriyyətlə birgə yaranmış, bugünkü müstəqil Azərbaycana ötürülən ən mühüm əsərlərdən biridir.

Bu əsər Azərbaycanın səsini bütün dünyaya çatdırmaqla eyni zamanda Azərbaycan xalqına da dünyadan məlumat vermiş və beləliklə, Azərbaycanla dünya arasında əhəmiyyətli körpülərdən birinə çevrilmişdir.

"Azərbaycan” qəzeti bu gün də öhdəsinə götürdüyü bu mühüm missiyaya uyğun olaraq fəaliyyət göstərir və Azərbaycanın həqiqətlərini bütün dünyaya çatdırır.

Qəzetinizin mühüm vəzifələrindən biri də Azərbaycanın digər dövlətlərlə münasibətləri haqqında xalqı məlumatlandırmaqdır. Bu nöqteyi-nəzərdən Türkiyə ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük töhfə verir.

Türkiyə ilə Azərbaycanın bir-birini daha yaxından tanıması bu "bir millət, iki dövlət” üçün çox əhəmiyyətlidir. "Azərbaycan” qəzetinin bu istiqamətdə göstərdiyi səylər şübhəsiz ki, bizi bir-birimizə daha da yaxınlaşdırır, aramızdakı tellərin daha da möhkəmlənməsinə təkan verir.

Bu mühüm yubiley münasibətilə Siz başda olmaqla "Azərbaycan” qəzetinin bütün əməkdaşlarını bir daha səmimi-qəlbdən təbrik edir, qəzetinizin qarşıdakı uzun illər boyunca təsis olunduğu ilk gündən etibarən qəbul etdiyi prinsiplərdən uzaqlaşmayaraq Azərbaycan və Türkiyə-Azərbaycan qardaşlığına xidmətinin davam edəcəyinə olan inamımı ifadə edirəm.

Hörmətlə,

Erkan ÖZORAL,

Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri


Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

"Azərbaycan” qəzetinin baş redaktoru cənab

Bəxtiyar Sadıqova


Hörmətli Bəxtiyar Sadıqov!

Dəyərli "Azərbaycan” qəzetinin təsis edilməsinin 100 illik münasibətilə sizi və möhtərəm həmkarlarınızı səmimi-qəlbdən təbrik edirəm.

Sizə, həmçinin Azərbaycan xalqı və Azərbaycan Respublikasına müvəffəqiyyət və başucalığı arzulayır, iki ölkənin müxtəlif sahələrdə, xüsusilə də media sahəsində əməkdaşlığının daha da artmasını diləyirəm!

Cavad CAHANGİRZADƏ,

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri


Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

"Azərbaycan” qəzetinin baş redaktoru cənab

Bəxtiyar Sadıqova


Rəsmi "Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə sizi və kollektivinizi səmimi-qəlbdən təbrik edirəm.

Qəzetinizin Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatında, o cümlədən xarici əlaqələrində mühüm rol oynadığını qeyd etmək istəyirəm. Bir daha bu mühüm hadisə münasibətilə təbriklərimi çatdırır və davamlı uğurlarınız üçün ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

Sanjay RANA,

Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri


Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

"Azərbaycan” qəzetinin baş redaktoru cənab

Bəxtiyar Sadıqova


Azərbaycan qəzetinin 100 illiyi münasibətilə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Bu qəzet aktual mövzuları işıqlandıran, Azərbaycanda baş verən hadisələri izləməyə kömək edən önəmli media platformasıdır.

Lakin o, ilk növbədə tarixi çətinliklər fonunda Azərbaycan xalqının müstəqilliyə nail olmasının rəmzidir.

Bütün kollektivə təbriklərimi izhar edirəm.

Hörmətlə,

Mohamed ALQUBAİSİ,

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri


Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

"Azərbaycan” qəzetinin baş redaktoru cənab

Bəxtiyar Sadıqova


Azərbaycan Xalq Cümhuriyyətinin yaşayan xatirəsi olan "Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə səmimi təbriklərimi çatdırıram. Qəzetiniz bütün çətinliklərə rəğmən doğruluq və vətənpərvərlik ruhunu qoruyub.

Bütün kollektivə gələcək işlərində uğurlar arzulayıram!

Hörmətlə,

Nikolas D.KANELLOS,

Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri


Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

"Azərbaycan” qəzetinin baş redaktoru cənab

Bəxtiyar Sadıqova


"Azərbaycan” qəzetini təsis edilməsinin yüz illiyini qeyd etməsi münasibətilə təbrik edir, ona keçən onilliklərdən günümüzə qədər Azərbaycan oxucusuna keçmişdə və indi təqdim etdiyi xidmətlərə görə təşəkkür edirik.

"Azərbaycan” qəzetinə Azərbaycan Respublikasında çiçəklənmə və tərəqqinin gedişinə xidmət naminə Azərbaycan oxucusunun biliklərinin zənginləşdirilməsində maarifləndirici və etibarlı məlumatları təqdim etməkdə uğurlarının davamını diləyirik.


Nasser Abdel KAREEM,

Fələstin Dövlətinin səfiri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM