Alternative content

11:51 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan” qəzeti milli mənlik şüurunun oyanışında və dirçəlişimizdə əvəzsiz rol oynayıb
“Azərbaycan” qəzeti milli mənlik şüurunun oyanışında və dirçəlişimizdə əvəzsiz rol oynayıb
ANA SƏHİFƏ / SİYASƏT
01:43 15.09.2018


Elmira SÜLEYMANOVA,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)


Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

"Azərbaycan” qəzetinin baş redaktoru cənab

Bəxtiyar Sadıqova


Hörmətli Bəxtiyar müəllim!

Milli mətbuatımızın fəxri sayılan "Azərbaycan” qəzetinin ilk sayının çapdan çıxmasının 100 illik yubileyi münasibətilə bu mətbu orqana bacarıqla, yüksək peşəkarlıqla rəhbərlik edən Sizi, ailənizi, əməkdaşlarınızı və oxucularınızı səmimi-qəlbdən təbrik edir, sizlərə möhkəm cansağlığı, uzun ömür, sevinc dolu günlər, səadət, fəaliyyətinizdə uğurlar arzulayıram.

2018-ci il əlamətdar tarixi hadisələrlə zəngindir. 100 il əvvəl 28 may 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyi elan olunmuş, Xalq Cümhuriyyəti dövründə böyük tarixi nailiyyətlər qazanılmışdır. Eyni zamanda, 15 sentyabr tarixində Bakının işğaldan azad olunmasının da 100 illiyi qeyd ediləcək.

Bu il anadan olmasının 95-ci və hakimiyyətə qayıtmasının 25-ci ildönümlərini qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi, 2018-ci ildə ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili”nin elan olunması, bununla əlaqədar paytaxt və regionlarda silsilə konfransların, tədbirlərin təşkili, habelə Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı möhtəşəm paradın keçiriləcəyi hər bir azərbaycanlının, o cümlədən xaricdə yaşayan soydaşlarımızın ürəyində fərəh və sevinc hissi yaşadır.

"Azərbaycan” qəzetinin ilk sayı 1918-ci il sentyabrın 15-də, kifayət qədər çətin və mürəkkəb tarixi şəraitdə işıq üzü görmüşdür. Bu qəzet uzun və şərəfli bir yol keçmiş, Azərbaycanın istiqlalının, çağdaş tarixinin təbliğatçısı olmuş, dövlətçiliyimizə, xalqımızın yüksəlişinə, tərəqqisinə və maariflənməsinə xidmət etmiş, milli mənlik şüurunun oyanışında və dirçəlişimizdə əvəzsiz rol oynamışdır.

Azərbaycan həqiqətləri, əzəli yurd yerimiz olan Dağlıq Qarabağın işğalı nəticəsində yaranmış problemlər, doğma torpağında qaçqına və məcburi köçkünə çevrilən soydaşlarımızın vəziyyəti, onların kütləvi surətdə pozulmuş insan hüquq və azadlıqlarının müdafiəsi və həyata keçirilməsi həmişə qəzetinizin işıqlandırdığı mövzulardan olmuşdur.

"Azərbaycan” qəzeti bütün dövrlərdə öz amalına, əqidəsinə sadiq qalmış, dövlətçiliyimizin, xalqın mənafeyinin keşiyində durmuş, mətbu sözün dəyərini uca tutmuşdur.

Milli jurnalistikamızın zəngin ənənələrini davam etdirən "Azərbaycan” qəzeti bu gün də ölkəmizdə baş verən mühüm ictimai-siyasi prosesləri, Xalq Cümhuriyyətinin 100 illiyini, hüquqi dövlət quruculuğunda qazandığımız nailiyyətləri, ölkəmizdə insanların hüquq və azadlıqlarının təmini istiqamətində uğurları öz səhifələrində obyektiv işıqlandırır və burada Sizin zəhmətiniz böyükdür.

Sizi və qəzetin bütün kollektivini əlamətdar yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram.