15 Sentyabr 2018 01:37
848
SİYASƏT
A- A+

“Azərbaycan” milli mətbuatımızın avanqardı, bayraqdarıdır


Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı


Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

"Azərbaycan” qəzetinin baş redaktoru cənab

Bəxtiyar Sadıqova


Hörmətli Bəxtiyar müəllim!

Sizi və bütün kollektivinizi "Azərbaycan” qəzetinin fəaliyyətə başlamasının 100 illik yubileyi münasibətilə tənrik edirəm.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycan” qəzeti yarandığı gündən milli-azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərini, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir. 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra "Azərbaycan” qəzeti, sözün həqiqi mənasında, əsl rəsmi dövlət qəzeti kimi fəaliyyət göstərməyə başlamışdır. Bu dövrdən etibarən müstəqil Azərbaycan mövzusu və azərbaycançılıq "Azərbaycan” qəzetinin əsas qayəsinə çevrilmişdir.

Mətbuat aləmində özünəməxsus dəstxətti ilə seçilən, fəaliyyətini mütərəqqəi tarixi ənənələr üzərində quran, qarşıya qoyduğu prinsipial hədəflərə bu gün də sadiqlik göstərən "Azərbaycan” qəzeti respublikanın keçmişinə, bu gününə, sabahına mükəmməl elmi-fəlsəfi baxışı özündə əks etdirir, xalqa, dövlətçiliyə bağlılığını nümayiş etdirir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi dövlətçilik kursu, davamlı və dinamik inkişaf strategiyası "Azərbaycan” qəzetinin səhifələrində yüksək peşəkarlıqla işıqlandırılır.

Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan” qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır.

Öz səhifələrində işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, onların sağlamlıqlarının və əməyinin mühafizəsinin təmin edilməsi və sosial problemlərinin həlli istiqamətində həmkarlar ittifaqları tərəfindən həyata keçirilən çoxsahəli işlərin vaxtaşırı olaraq dolğun şəkildə işıqlandırılması Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında məmnunluq doğurur.

İnanırıq ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və azad, demokratik cəmiyyət qurulması işində "Azərbaycan” qəzeti fəaliyyət göstərdiyi bütün dövrlərdə öz yüksək amallarına sadiq qalaraq respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaş mövqeyi nümayiş etdirərək xalqımızın mütərəqqi mətbuat ənənələrini layinqincə davam etdirə biləcəkdir.

Azərbaycan həyatının bütün sahələrini əhatə edən dolğun, özünəməxsus yaradıcılıq ənənələri ilə püxtələşmiş, rəngarəngliyi, aktual mövzuları ilə geniş oxucu auditoriyası qazanmış, öz məsuliyyətini dərindən dərk edən "Azərbaycan” qəzeti bu gün milli mətbuatımızın ilk cümhuriyyət dövrünün bu müqəddəs ənənəsini şərəflə davam etdirir. Müasir milli mətbuatımızın avanqard, bayraqdarı olan "Azərbaycan” qəzetinin yubileyi münasibəti ilə kollektivinizin sevincinə qoşulur, bu mətbu orqanda bacarıqla, yüksək peşəkarlıqla çalışan əməkdaşları və çoxminli oxucuları təbrik edir, yeni-yeni uğurlar arzulayıram.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video