Alternative content

11:52 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xarici İşlər Nazirliyində görüş olub
Xarici İşlər Nazirliyində görüş olub
ANA SƏHİFƏ / SİYASƏT
01:35 15.09.2018


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun (UNİTAR) icraçı direktoru Nikhil Set ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov icraçı direktor Nikhil Setin səfərinin Azərbaycan ilə UNİTAR arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

UNİTAR-ın icraçı direktoru Nikhil Set təmsil etdiyi institutun yaranma tarixi, fəaliyyəti, bir çox ölkədə həyata keçirdiyi proqramlar və layihələr haqqında ətraflı məlumat verib.

Nazir Elmar Məmmədyarov XİN-in nəzdində olan ADA Universitetinin fəaliyyətinə toxunaraq, bu təhsil müəssisəsində yerli və xarici mütəxəssislər üçün müxtəlif sahələr üzrə ixtisaslaşmış təlim proqramlarının təşkil edildiyini diqqətə çatdırıb. O, həmçinin Azərbaycan Dövlət Neft Akademiyasında ənənəvi olaraq digər ölkələrdən çoxsaylı tələbələrin neft mühəndisliyi və başqa ixtisaslar üzrə təhsil aldıqlarını qeyd edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrdən olan tələbələrə təhsil təqaüdlərinin ayrıldığını bildirib.

Görüşdə Azərbaycan ilə UNİTAR arasında perspektiv əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.