Alternative content

11:49 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Portuqaliya Azərbaycanın maraqlarının təmin edilməsində fəal olacaq
Portuqaliya Azərbaycanın maraqlarının təmin edilməsində fəal olacaq
ANA SƏHİFƏ / PARLAMENT
01:35 15.09.2018


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan-Portuqaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Aqiyə Naxçıvanlı Milli Məclisdə ölkəmizdə səfərdə olan NATO PA vitse-prezidenti, Portuqaliya Milli Assambleyasının deputatı, Portuqaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vitalino Xose Ferreira Kanaşla görüşüb.

Görüşdə ikitərəfli parlamentlərarası əlaqələrin inkişafından danışılıb, beynəlxalq təşkilatlarda hər iki ölkənin parlamentarilərinin əməkdaşlığının vacibliyi vurğulanıb.

Bakı şəhərinin "Ekspo 2025” Ümumdünya Sərgisinə evsahibliyi üçün namizədliyinin irəli sürüldüyünü diqqətə çatdıran Aqiyə Naxçıvanlı Portuqaliyanın 2018-ci ilin noyabrında Parisdə keçiriləcək Beynəlxalq Sərgilər Bürosunun 164-cü sessiyasında Bakı şəhərinin namizədliyini dəstəkləyəcəyinə ümidvar olduğunu söyləyib.

Komitə sədri Aqiyə Naxçıvanlı qonağa Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması barədə məlumat verib, onu Azərbaycanın haqq mövqeyini beynəlxalq tribunalarda dəstəkləməyə dəvət edib.

Vitalino Kanaş öz növbəsində səmimi qəbuldan məmnunluğunu və nüfuzundan istifadə edərək, Azərbaycan maraqlarının təmin olmasında ölkəsinin fəal olacağını bildirib.

Görüşdə Azərbaycan-Portuqaliya parlamentlərarası dostluq qrupunun üzvü Jalə Əliyeva da iştirak edib.