Alternative content

11:52 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri uğurla icra olunur
Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri uğurla icra olunur
ANA SƏHİFƏ / Təhsil
01:33 15.09.2018


15 sentyabr 5-6 yaşlı uşaqlardan tutmuş 18-19 yaşlı gənclərin və valideynlərin arzularının, duyğularının nura bələndiyi gündür. Hər evdə, ailədə sevinc sevincə qarışır: kiminin uşağı ilk dəfə məktəbə gedəcək, kiminin də övladı ilk dəfə universitet, texnikum və kollec auditoriyalarına qədəm qoyacaq.
Xatırladaq ki, yeni dərs ilində 165 min 780 uşaq birinci sinfə gedəcək. Ümumiyyətlə, ölkənin ümumtəhsil müəssisələrində bu il 1 milyon 592 min 317 şagirdin təhsil alacağı proqnozlaşdırılıb. 15 sentyabr şənbə gününə təsadüf etdiyindən məktəblilər, valideynlər, məzunlar həmin gün məktəbə gələrək pedaqoji kollektivlə görüşəcək, xüsusən də birincilər dərs cədvəli və dərs keçəcəkləri siniflə tanış olacaq, fikir mübadiləsi aparılacaq və s. Sentyabrın 17-i isə ölkəmizin bütün ali və orta məktəblərində ilk dərs günü kimi qeyd ediləcək.
Prezident İlham Əliyev 2018-2019-cu tədris ilində respublikanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-2019-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb. Nazirlər Kabinetinə həmin sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Yeni dərs ili ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib. Hədiyyələr ölkə üzrə ünvanlı sosial yardım alan ailələrin 13 mindən çox birinci sinif şagirdlərinə paylanmışdır. Ümumiyyətlə, təhsilə qayğı, yeni dərs ilinə hazırlıq Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətində mühüm yer tutur. Ümummilli lider Heydər Əliyevin ideyalarını yüksək səviyyədə reallaşdıran, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində çoxsaylı layihələr həyata keçirən fondun dəstəyi ilə bu il respublikamızın müxtəlif bölgələrində dünya standartlarına uyğun 34 yeni məktəb tikilib, 22 yararsız məktəb binasında əsaslı təmir-bərpa işləri görülüb, 137 modul tipli təhsil müəssisəsi istifadəyə verilib, əsaslı təmir edilib və ya yenidən qurulub. Bakı şəhərində orta məktəblərdə, texnikum və liseylərdə cari təmir işləri, 13 orta məktəbdə isə əsaslı təmir işləri aparılıbdır. Həmçinin bir məktəb binası, bir məktəbin isə qəzalı vəziyyətdə olan korpusu sökülərək yenidən tikilib. Bundan əlavə, ehtiyac olan ərazilərdə iki yeni məktəb binası istifadəyə verilib. Ümumilikdə Bakı şəhəri də daxil olmaqla ölkənin 54 rayonunda 193 təhsil müəssisəsində təmir-bərpa və yenidənqurma işləri aparılır.
Prezident İlham Əliyev bu günlərdə Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli, Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli, həmçinin Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü işlər sırasında bölgələrdə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsnalıq təşkil edir. Proqrama əsasən, 2003-cü ildən indiyədək ölkəmizdə 3 mindən çox məktəb tikilib. Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Yeni dərs ili ilə əlaqədar dövlət ümumtəhsil müəssisələrinin I-IX sinifləri üçün 332 adda 6 milyon 726 min 29 ədəd dərslik və müəllimlər üçün metodik vəsait çap edilmişdir.
"Texnika, elm, texnologiya çox sürətlə inkişaf edir. Ona görə gərək biz də Azərbaycanda çalışaq ki, bu inkişafda öz yerimizi tapaq, sürəti yavaş-yavaş artıraq və qabaqda gedənlərin səviyyəsində olaq”. Ulu öndərin bu tövsiyəsi Heydər Əliyev Fondunun daim diqqət mərkəzindədir. Ümummilli liderin təhsillə bağlı siyasətini uğurla reallaşdıran Prezident İlham Əliyev, eləcə də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva güclü, qüdrətli və müasir Azərbaycanın gələcək taleyini ulu öndərin bu göstərişinin həyata keçirilməsində görür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri inkişaf edir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası və s. məsələləri əhatə edir. Ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Zərdab rayonu, H.Zərdabi adına 1 saylı məktəb-liseydə əsaslı təmir işləri aparılıb. Dünya standartlarına uyğun tikilən 1176 şagirdlik məktəb-lisey bu gündən qapılarını öz "sakinlərinin” üzünə açmışdır. Ölkənin şimal bölgəsində 21 məktəb üçün yeni modul tipli bina istifadəyə verilib. Quba rayonunda quraşdırılan 8, Xaçmaz və Qusar rayonlarının hər birində 4, Şabranda 3 və Siyəzəndə 2 məktəb binası həm valideynlərin, həm də uşaqların hədsiz sevincinə səbəb olmuşdur. Şagird sayı 100-dək olan bu təhsil ocaqları bu gündən şagirdlərin istifadəsindədir. Qubanın Alıc, Nütəh, Cimi, Dərk, Çarxaçı, Qarxun, Zıxır, Xaçmazın Alıçqışlaq, Qacacəlli, Cığatay, Ərəb, Qusarın Ləcət, Zindan Muruq, Yeni Həyat, Yuxarı Tahircal, Siyəzənin Qalaaltı, Qozağacı, Şabranın isə Xəlfələr, Qazbabalı kəndlərinin və Şabran şəhər 1 nömrəli məktəbin şagirdləri əsaslı tikinti işləri aparılmış, hər cür şəraiti olan, səliqə-sahmanlı təhsil ocaqlarında, geniş və yaraşıqlı sinif otaqlarında dərs keçəcəklər.
Yeni təhsil ocaqları üçün binaların inşası, mövcud məktəblərin yenidən qurulması istiqamətində Naxçıvan Muxtar Respublikasında da xeyli işlər görülüb. Naxçıvan şəhərində, habelə muxtar respublikanın rayon və kəndlərindəki bütün məktəblərdə cari və əsaslı təmir işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Şərur rayonunun Kərimbəyli, İbadulla və Kosacan kəndlərində tam orta məktəblər bu ildən yeni binalarda fəaliyyət göstərəcək.
Rayonun İbadulla kəndində 522 şagirdlik məktəb binasının inşası sürətlə aparılır. Kosacan kəndində isə 234 şagird yerlik bina Şərurun yeni məktəbləri siyahısında olacaq. Bu məktəb binalarının tikintisini Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin və "Artay” LTD Tikinti Şirkətinin Naxçıvan filialının inşaatçıları aparırlar.
Bu günlərdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik məktəb binası istifadəyə verilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Lahıc qəsəbəsində inşa edilən tam orta məktəb binasının açılışında iştirak ediblər. Üçmərtəbəli binada tikinti işləri yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Müxtəlif fənn kabinetləri və laboratoriyaların yaradıldığı məktəbdə bütün sinif otaqları əyani vəsaitlə təchiz edilib. Burada idman zalı və 175 yerlik akt zalı da yaradılıb. Videomüşahidə sisteminin quraşdırıldığı məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildən tikintisinə başlanılan 132 şagirdlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbinin yeni binasının aşılısında da iştirak ediblər.
Məktəbdə əyani vasitələrlə təchiz olunan fənn kabinetləri yaradılıb. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn kabinetlərinin olduğu məktəbdə informatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Məktəbdə şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb və s.
Bütün bunlar son illər təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modelinin dayandığını bir daha təsdiqləyir. Artıq ölkəmizdə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlayıb. Azərbaycanda yüzlərlə məktəb binasının tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. Milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını qarşıya əsas məqsəd qoyub və buna nail olub.

Rəhman SALMANLI,
"Azərbaycan”