Alternative content

16:24 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Millət sizə minnətdardır”
“Millət sizə minnətdardır”
ANA SƏHİFƏ / SİYASƏT
01:32 15.09.2018


Sentyabrın 14-də Milli Azərbaycan Tarixi Muzeyində Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 100 illiyinə həsr edilmiş "Millət sizə minnətdardır” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türkiyənin ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbir Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. O deyib ki, 100 il bundan əvvəl Azərbaycan tarixində ən önəmli hadisə baş verib. Bakının düşmən işğalından azad olunmasının tarixi əhəmiyyəti haqqında danışan N.Vəlixanlı deyib: "Əlamətdar haldır ki, 100 il əvvəl bu zalda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Nuru Paşa başda olmaqla Qafqaz İslam Ordusunun komandanlığının şərəfinə ziyafət verib. O vaxt türk qardaşlarımızın köməyi ilə istiqlal yürüşü zəfər yürüşünə çevrildi. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu və Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Azərbaycan hərbi hissələri Bakını düşmən işğalından azad etdi. Bütün bu hadisələr türkün türkə sadiqliyinin, düşmənə isə nifrətinin göstəricisi idi. Ona görə də əcdadlarımızın bizə qoyub getdiyi vətənpərvərlik hissinə sahib çıxmaq və onu qorumağa borcluyuq. Bugünkü sərgi də onların ruhuna hörmətimizin bariz nümunəsidir”.

Akademik Nərgiz Axundova deyib ki, Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda mindən çox şəhid veriblər. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair imzaladığı sərəncama diqqət çəkən natiq deyib ki, bu il həm də ölkəmizdə cümhuriyyətlə bağlı silsilə tədbirlər keçirilir. Bugünkü tədbir də bu qəbildən olan tədbirlər sırasında yer alır. Yüz il əvvəl baş verən hadisə - Bakının işğaldan azad olunması Azərbaycan-Türkiyə qardaşlığının birliyi nəticəsində mümkün oldu. Bu gün də o birlik, qardaşlıq davam etdirilir.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral söyləyib ki, bu böyük bayram -Bakının işğaldan azad olunması hər iki qardaş ölkədə qeyd edilir. "Biz, Türkiyə və Azərbaycan tariximiz boyunca bir olduq, bundan sonra da bir olacağıq. Çünki biz iki dövlət, bir millətik. Türkiyə azərbaycanlılar üçün necə vətəndirsə, Azərbaycan da bizim üçün elə vətəndir. Qafqaz İslam Ordusu da 100 il əvvəl Azərbaycana bu hislərlə gəlmişdi. Bu tarixi hadisə münasibətilə belə bir sərginin təşkili gələcək nəsillərə bir nümunədir”, - deyə səfir qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi-Prezidentin köməkçisi, professor Dilarə Seyidzadə tədbirdə çıxış edərək 100 illiyi qeyd olunan bu mühüm hadisə ilə bağlı fikirlərini bölüşüb. O, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak qüvvələrinin işğalından azad etməsinin Azərbaycan tarixində çox böyük bir hadisə olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin silsilə tədbirlərlə qeyd edildiyini deyən Dilarə Seyidzadə vurğulayıb ki, bu, dövlət başçısının tariximizin ən şanlı səhifəsinə diqqətinin göstəricisidir.

Dilarə Seyidzadə bildirib ki, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmasına düşmən imkan vermədi. Cümhuriyyət üçün ağır günlərdə türk qardaşlarımız bizə köməyə gəldilər və biz düşmənə birliyimizi göstərə bildik. Ulu öndər Heydər Əliyev Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsi üçün əlindən gələni edib. Bu gün Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birini dəstəkləyir, həmişə bir-birinin yanındadır. Belə tarixi əhəmiyyətli bir tədbirin təşkil olunması da dostluğumuzun və qardaşlığımızın bariz nümunəsidir.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə muzeyin silahlar və bayraqlar fondu, xatirə əşyaları və hədiyyələr fondu və köməkçi tarixi fənn materialları fondundan 120-dən artıq unikal tarixi eksponat tamaşaçılara təqdim edilir. Eksponatlar arasında türk və Azərbaycan döyüşçülərinin silah və ləvazimatları, Bakı Soveti, Sentrokaspi Diktaturası və ingilis qoşunlarının silahları, döyüş yerlərində tapılmış artefaktlar, azərbaycanlı döyüşçülərin təltif olunduğu osmanlı ordenləri, həmçinin Qafqaz İslam Ordusuna həsr olunmuş kitab və kataloqlar nümayiş olunur.

Sərgidə rəssam və heykəltəraş Əjdər Qafarovun hazırladığı "Nuru Paşa” və "Həbib bəy Səlimov” büstləri, türk və Azərbaycan sərkərdələrinin portretləri ziyarətçilərin ixtiyarına verilib.

Hərbi-siyasi hadisələrin xronoloji ardıcıllıqla təqdim olunması məqsədilə sərgidə 14 informasiya-məlumat paneli üzərində mətnlər, 100-dək fotoşəkil, dövrün şairlərinin şeirlərindən parçalar, döyüşlərin xəritəsi, döyüş səhnəsi təsvirləri hazırlanıb. Dövrün şairlərinin əsərlərində Azərbaycanın istiqlalı uğrunda həlak olmuş türk və Azərbaycan döyüşçülərinin qanları yazda çölləri bəzəyən lalələrə bənzədilir. Sərginin ümumi tərtibatında bu element xüsusi olaraq istifadə edilib.

Dekabrın 14-dək davam edəcək sərginin kuratoru muzeyin elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədovdur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM