Alternative content

16:18 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda yeni təşəkkül tapmış protestant təşkilatlara azad fəaliyyət imkanları yaradılıb
Azərbaycanda yeni təşəkkül tapmış protestant təşkilatlara azad fəaliyyət imkanları yaradılıb
ANA SƏHİFƏ / SİYASƏT
01:30 15.09.2018


Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş növbəti işçi sessiyası çərçivəsində "Müasir Azərbaycanda protestant dini icmaların vəziyyəti” mövzusunda əlavə tədbir keçirilib. Əsas iclasa əlavə olaraq keçirilən belə tədbirlərdə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə saat yarımlıq müddət ərzində fəaliyyət sahələri ilə bağlı iclas iştirakçılarına məlumat vermək imkanı yaradılır. Bu imkandan istifadə edən "Azərbaycan Bibliya Cəmiyyəti” və "Alov” Xristian Birliyinin nümayəndələri ortaq təşəbbüs göstərərək əlavə tədbir təşkil edib, ölkəmizdəki xristian protestantların müasir vəziyyəti haqqında sessiya iştirakçılarına slaydlar vasitəsilə geniş məlumat veriblər.

AZƏRTAC xəbər verir ki, əlavə tədbirdə əvvəlcə "Alov” Xristian Birliyinin pastoru Murad Əliyev çıxış edib. O bildirib ki, "Alov” Xristian Birliyinin dövlət qeydiyyatı olmasa da, fəaliyyətində hər hansı məhdudiyyətlə üzləşmir. Diqqəti bəzi beynəlxalq hesabatlara yönəldən M.Əliyev həmin hesabatlarda Azərbaycanda qeydiyyatsız protestant dini icmaların təqib və təzyiqlərlə qarşılaşması ilə bağlı yer alan iddiaların əsassız olduğunu vurğulayıb. O, Azərbaycanda təkcə ənənəvi xristian dini icmalarına deyil, həm də "Alov” Xristian Birliyi kimi yeni təşəkkül tapmış protestant təşkilatlara da qanunvericilik çərçivəsində azad fəaliyyət imkanlarının yaradıldığını söyləyib.

Daha sonra Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış "Azərbaycan Bibliya Cəmiyyəti”nin rəhbəri Rasim Xəlilov çıxış edib. O, ölkəmizdə bütün dini qurumların, o cümlədən protestant təmayüllü icmaların azad şəkildə fəaliyyət göstərməsi üçün yüksək şəraitin yaradıldığını bildirib, eləcə də Azərbaycan dövləti tərəfindən dini icmalara münasibətdə hər hansı fərqin qoyulmadığını qeyd edib, buna misal olaraq rəsmi protestant dini icmalara göstərilən diqqət və qayğıdan söhbət açıb. Həmçinin R.Xəlilov ölkəmizdə tolerant və multikultural ənənələrin qorunduğunu, müxtəlif din və konfessiya mənsubları arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Tədbirə qatılan qonaqların diqqətini çəkən məruzələr ətrafında geniş müzakirələr aparılıb, ölkəmizdə dini etiqad azadlığının müasir vəziyyətinə dair suallar cavablandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM