15 Sentyabr 2018 01:27
720
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə liderdir


Bakı Ali Neft Məktəbində (BANM) yeni - 2018/2019-cu tədris ilinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib.


Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT-nin Baş katibinin müavini və Beynəlxalq Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutu (UNİTAR)-ın İcraçı direktoru Nikhil Set, SOCAR-ın vitse-prezidentləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, BANM-ın professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.

Öncə qonaqlar ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq müasir Azərbaycan dövlətinin qurucusuna öz dərin ehtiramlarını bildiriblər. Dövlət himni səsləndikdən sonra qonaqları salamlayan BANM-ın rektoru Elmar Qasımov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018/2019-cu tədris ilində I qrup üzrə Prezident təqaüdünə layiq görülən 26 nəfər məhz BANM-ın tələbəsidir və bu göstərici ilə məktəb Prezident təqaüdçülərinin sayına görə ölkədə liderdir. Rektor vurğulayıb ki, 2018-ci ildə I qrup üzrə qəbul imtahanlarında 700 bal toplamış 13 nəfərin hər biri BANM-ı seçib. Bildirilib ki, keçən il olduğu kimi, bu il də ölkə üzrə ən yüksək keçid balı ali məktəbin yeni "İnformasiya təhlükəsizliyi” ixtisasına aiddir. E.Qasımov bu il BANM-ı bitirən 92 məzunun Petkim, SOCAR Karbamid, Kompleks Qazma İşləri Tresti, SOCAR KBR, Azərikimya İB, BP, Halliburton, Schlumberger, Maire Tecnimont və s. yerli və transmilli şirkətlərdə çalışdıqlarını söyləyib.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: "3 gün öncə İzmirdə inşa etdiyimiz STAR neft emalı zavodunda sınaq-buraxılış işləri ilə tanış olarkən məzunlarımızı gördüm və onların fəaliyyəti ilə maraqlandım. Orada hal-hazırda Bakı Ali Neft Məktəbinin 30-a yaxın məzunu çalışır. Mənə bildirdilər ki, onlar bilik və bacarıq səviyyələrinə görə məşhur Ortadoğu, Boğaziçi və İstanbul texniki universitetlərinin məzunlarından heç də geri qalmır, hətta onlardan üstündürlər. Əminəm ki, bu gün Bakı Ali Neft Məktəbinə daxil olan tələbələrimiz qəbul etdikləri estafeti daha irəli apara biləcəklər”.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, BANM beynəlxalq şirkətlərin standartlarına cavab verən mühəndislər hazırlayır:”Təhsilə və kadr hazırlığına böyük önəm verən BP şirkəti BANM ilə əməkdaşlıqdan məmnundur və onun məzunlarından peşəkar kadr olaraq çox razıdır”.

Mərasimdə çıxış edən BMT-nin Baş katibinin müavini və Beynəlxalq Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutu (UNİTAR)ın İcraçı direktoru Nikhil Set BANM ilə UNİTAR-ın əməkdaşlıq etdiyini və yeni layihə çərçivəsində əcnəbi tələbələrin, o cümlədən Nigeriyadan 15 tələbənin UNİTAR-ın xəttilə BANM-da təhsil alacağını bildirib. Nikhil Set deyib: "UNİTAR-ın ali məktəbə bu etimadı onun dünya standartlarına cavab verən peşəkar kadr hazırlığından və nüfuzundan irəli gəlir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli BANM-ın ölkə universitetləri arasında seçildiyini və onun təhsil sahəsində Azərbaycanı dünyada yüksək səviyyədə təmsil edə biləcək bir ali məktəb olduğunu deyib. Akademik qardaşı oğlunun da BANM-ı seçdiyini, 680 balla "Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olduğunu bildirib.

Ali məktəbə yeni daxil olan tələbələr adından "Kimya mühəndisliyi” ixtisasına qəbul olmuş Vüsal Həsrətli məzunlar adından, məktəbin "Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsilini başa vuran Mustafa Əsgərov tədbirdə çıxış ediblər.


"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video